Oxuyacaqlarım :)
Истории 77
Eyni Ulduzun Altında на Novaria_21
Novaria_21
  • WpView
    Прочтений 86
  • WpVote
    Голосов 37
  • WpPart
    Частей 11
Altı fərqli insan. Altı fərqli xarakter. Eyni universitet, eyni fakültə və onları bir-birinə bağlayan heç kimin əvvəlcədən hesablaya bilməyəcəyi bir hekayə...
İpək  на Norvill
Norvill
  • WpView
    Прочтений 836
  • WpVote
    Голосов 209
  • WpPart
    Частей 11
Dörd yaşında bir uşağın bütün dünyası bir anda dağıldı. Bir yol qəzası onun təkcə valideynlərini yox, uşaqlığını, gülüşünü və təhlükəsizlik hissini də əlindən aldı. Heç kimin sahib çıxmadığı balaca İpək uşaq evinə göndərildi. Orada keçən illər sevgi ilə deyil, soyuq divarlar, haqsızlıqlar və bitməyən göz yaşları ilə yadda qaldı. O, hər gecə bir gün həyatının dəyişəcəyinə inanaraq gözlərini yumurdu. Doqquz yaşında tale nəhayət onun üzünə gülümsədi. Nüfuzlu və varlı bir ailə İpəyi övladlığa götürdü. İlk dəfə özünü "ev" adlandıra biləcəyi bir yerdə yaşamağa başladı. Keçmişinin yaraları tam sağalmasa da, gələcəyə ümid etməyi öyrəndi. Hər kəs elə bilirdi ki, İpəyin kabus dolu həyatı artıq geridə qalıb. Lakin həyatın onun üçün hazırladığı ən böyük sirr hələ açılmamışdı... İpək on səkkiz yaşına çatdığı gün hər şey yenidən dəyişdi. Təsadüfən öyrəndiyi bir həqiqət illərlə gizlədilən sirləri üzə çıxardı. Valideynlərinin ölümü sadəcə adi bir yol qəzası deyildi. Onun keçmişi, əsl kimliyi və qarşısına çıxacaq insanlar İpəyi təhlükələrlə, xəyanətlərlə və gözlənilməz həqiqətlərlə dolu bir yolun başlanğıcına aparacaqdı. İndi İpək yalnız keçmişini öyrənmək üçün deyil, həm də öz taleyini yazmaq üçün mübarizə aparmalıdır. Çünki bəzi həqiqətlər insanı azad etmir... onları geri dönüşü olmayan bir oyunun içinə çəkir.
Dərs                        на hikayemioku
hikayemioku
  • WpView
    Прочтений 281
  • WpVote
    Голосов 60
  • WpPart
    Частей 9
Azər söhbətcil, mehriban hərkəslə yaxşı yola gedən oğlandır. Gələn şikayətlər və danlaqlara baxmayaraq çox xoşbəxtdir. Dərslərində çox zəif olan və avara kimi tanınan Azər hər gün valideynlərinin danlağına məruz qalır. Davranışları ucbatından "ad çıxarmış" olan oğlan heç bir müəllim tərəfindən qəbul edilmir. Sonuncu ilində olan Azər bu il imtahan verməlidir. Amma heç hazır deyil. Evlərini dəyişən Azər danlaqlardan xilas olmaq üçün anasının məcburiyyəti ilə qonşusunun uşağının ona dərs öyrətməsinə razı olur. Bilmədiyi şey isə ona dərs öyrədəcək uşaq düşündüyü kimi oğlan deyil. Məktəbin ən səssiz qızı olaraq tanınan, heç kimlə ünsiyyət qurmayan, indiyə kimi yolda görəndə salam da vermədiyi sinif yoldaşı Fərizədir. Son şansı olduğu üçün Fərizə ilə yaxşı yola getməli və dərslərini düzəltməlidir. Fərizə isə səhvi qəbul etmir və ilk səhvində onu öyrətməkdən imtina edəcəyini deyir. Azər lovğa və özündənrazı olduğunu düşündüyü qız ilə necə davam edəcək? 🪷 Azərbaycan dilində ilk dəfə yazıram. Öz dilim olduğu üçün səhv etməkdən çəkinməyimə görə uzun müddətdir istəməyimə baxmayaraq yazmağa cəsarət edə bilmirdim. İlk dəfə Türk dilində yazmağa çalışıb, məktəb həyatlarını doğru şəkildə yaza bilməyəcəyimi başa düşdükdən sonra Azərbaycan dilində yazmağa qərar verdim. Türk versiyası ilə arasında ciddi fərqlər var. Fərizənin dünyasını və düşüncələrini bilməyiniz üçün yazacağım bir neçə bölüm xaricində bütün bölümlər Azərin dilindən nəql ediləcək. Şans verəcək olanlara xoş oxumalar. Ümid edirəm bəyənərsiniz.🎀✨
Yasəmən на efsanemmdzade26
efsanemmdzade26
  • WpView
    Прочтений 727
  • WpVote
    Голосов 151
  • WpPart
    Частей 9
Yasəmən olan evdən yas əskik olmazmış... -Ya sən, ya mən. -Ha mən, ha sən? Həyatda üstümüzdəki qalaq olan dağıntılar başqa bir yaşamda özümüzə yuva bildiyimiz evin divarları ola bilərdi mi? Ayrılıqlar, ölümlər və yaslar özgə dünyadakı bizim əlimizdən süzülməkdə olan gerçək xoşbəxtliyin bir kiçik cəzasıdır mı yoxsa? XX əsrin ikinci on illiyində savaşın, qanın, acılı itkilərin ağuşunda tanış olan həkim və müəllimin yolları qısa müddət sonra yenidən isti bir ocaqda kəsişər. Bakının dar küçələrindən birində yerləşən bu kiçik yer sadəcə qələm əhli olan dostların yazılarının lal şahidi olmayacaqdı, onlarla həyatın kədər və sevincinə, nifrət və sevgisinə də yoldaşlıq edəcəkdi. Görəsən, tarixin tozlu səhifələrində itmiş bu ömürlər üçün tale hansı dünyada "Xoşbəxtlik" adlı hekayə yazıb? Ya da elə bir əsər, ümumiyyətlə, var mı? Paralel dünyalara inanırsınız mı? Elə isə keçmiş sizi gözləyir...
Çıxış Yoxdur (Ara Verildi) на mymeyraa
mymeyraa
  • WpView
    Прочтений 52
  • WpVote
    Голосов 22
  • WpPart
    Частей 4
Bir məktəb,bir yoluxma və minlərlə sual... Həyatda qalmaq uğrunda mübarizə aparan bir qrup gənc,ölümün kölgəsində irəliləyərkən anlayır ki, bəzən ən təhlükəli şey qarşıdakı düşmən deyil, veriləcək qərarlardır. Çıxış varmı, yoxsa hər qapı yeni bir kabusun başlanğıcıdır?
İlk Bahar - I  на malioraaa
malioraaa
  • WpView
    Прочтений 506
  • WpVote
    Голосов 77
  • WpPart
    Частей 7
Aşbaz olmaq istəyən qız ilə buna məcbur edilən oğlanın məktəb hekayəsi... Baharın telefonuna bir gün yad nömrədən mesaj gəlir. Bahar, bu mesajı önəmsəmir və həyatına dəvam edir. Bir gün dostu ilə peşəyə sənəd verməyə getdiyində bir oğlanla toqquşur. Ona fikir verməyərək qeydiyyatı edir ancaq oğlanın çoxdan fikrini yayındırmışdır hərəkətləri ilə. Məktəb başlayanda dostu ilə eyni sinifə düşür və siniflərinə gedir. Sinifə daxil olduğunda yeni dostlarına göz gəzdirərkən, arxada oturan oğlan da qalır gözləri. Çünki bu oğlan ad günündə gördüyü ilə toqquşduğu oğlan idi. Bahar, təsadüflərə inanmayan, tale ilə irəliləyən biri olduğu üçün bu hadisə, onun ağlından çıxmamağa başlayır. Ayrılıqlar araya girdik də, sevgi bitməzdi. Ruh bağımızın olduğu insanla aramızda qırmızı bir ip olardı. O ip hər nə qədər qırılma nöqtəsinə çatsa da, qırılmazdı. Tale insanları bir-biri ilə qarşılaşdırıb, onların göstərdiyi səyə buraxardı hər şeyi. Bəs siz taleyə və təsadüfə inanırsınız?
+ еще 10
Bataklığın Şarkısı на Ikosmus
Ikosmus
  • WpView
    Прочтений 412
  • WpVote
    Голосов 103
  • WpPart
    Частей 20
"Bırak yağmur ıslatsın tenini, Günahların süzülüp aşağıya aksın. Temizlen küçük çocuk, temizlen. Sana bunları yapanlar utansın." ~🌿~ Dünya, insanoğlunun bataklığıydı. Ve bu bataklığı kirletenlerin cellatı da şarkısı da bizdik. Her kim ihanetiyle yontarsa bir ağacı, şarkımız keserdi bileğini. Her kim kurarsa pusuyu gece vakti bir masuma, düşürür kendi tuzağına katili. Kimse duymamış olabilir belki bizi ama...bu bataklıkta çaldığımız ıslık adaletidir, evrenin. Sen de bir ıslık çal bu bataklığa. Kimse duymaz belki ama bataklık ona riayet edeni asla unutmaz. © |M.B.K - İković| 15.11.22
KADR 092 на Aliyeva611
Aliyeva611
  • WpView
    Прочтений 434
  • WpVote
    Голосов 90
  • WpPart
    Частей 8
Novxanıda bir yaya hazırsan?
Dənizin İncisi// yarı texting (DÜZƏNLƏNİR) на Gulay_14
Gulay_14
  • WpView
    Прочтений 4,434
  • WpVote
    Голосов 1,334
  • WpPart
    Частей 16
31 may 2026. . "Nömrəmi istəsəydin verə bilərdim" beynimdə ildırımlar çaxmağa başladı. Qanım bədənimdən çəkilmiş kimiydi, omurğamdan aşağı ürpərti endi. "Nə? Sən... necə-" sözümü kəsti Dəniz. Və təmamən mənə tərəf döndü "Hüseyin sayəsin. İnsan qorxduğunda hər şeyi etraf edə bilər" dedi.