Oxuduqlarim⏳📖💖
28 stories
Böyük Şəhərin İşıqları by AliAzeroglu
AliAzeroglu
  • WpView
    Reads 3,992
  • WpVote
    Votes 124
  • WpPart
    Parts 1
Həyatının boş və mənasız olduğunu düşünən Kamil təsadüfən gözəllər gözəli Leyla ilə qarşılaşır. Özü də hiss etmədən ona aşiq olan Kamil monoton həyatının bu gözəl mələklə dəyişəcəyini anlamışdı. Ancaq bir gecə Leylanın yaxasını buraxmayan Mirzə ilə qarşılaşır. "Pul Şəhzadəsi" ləqəbli Mirzə də Leylanın aşiqi idi. Bu iki gənc bir birinə rəqib olsa da, Kamil yaranan sevgi üçbucağında qalibiyyəti ələ almağı bacarmışdı. Ancaq bu rəqiblər Leylanın sirrindən xəbərsiz, özləri də bilmədən qadın alveri mafiasının yoluna çıxmışdılar. Qorxunc cinayət və cavabsız suallarla dolu bir anda baş verən hadisələr Kamil və Mirzənin bütün həyatını alt - üst edir. P.S. Romanı başladığım ilk 3 gündən sonra kompüterim faciəvi şəkildə xarab oldu. Və mən məcbur qalıb romanı telefonla yazmağa davam etdim. 5 ay 20 gün hər gecə səhərə kimi barmaqlarımı və gözlərimi telefondan ayırmadım. Romanım hazır olsa da cümlələrdə Azərbaycan hərfləri yoxdur təəssüf ki . Ancaq oxumaqda heç bir problem yoxdur buna əmin ola bilərsiniz :)
Oyuncaq ustası by Book_geek_96
Book_geek_96
  • WpView
    Reads 906
  • WpVote
    Votes 156
  • WpPart
    Parts 9
...əgər qəlbim olsa idi, mütləq sizi belə görməyimə qırılardı... Dükan uşaq evindən o qədər də uzaqda deyildi: yolun qarşı tərəfində, küçənin tinində geniş əraziyə malik ikimərtəbəli bina idi. Dükan solğun mavi rəngdə boyanmışdı, yuxarı mərtəbələrin pəncərələri bağlanmış,yaşıl parçadan pərdə çəkilmişdi. Geniş və hündür qapısı üzərinə taxta asılmış və üstündə "Oyuncaq dükanı" sözləri iri, kursivli hərflərlə yazılmışdı. Qeyd: Bu hekayə 2 il əvvəl yazılmışdır , odur ki, bir sıra yazı xətaları ilə doludur. Qayıdıb bir-bir düzəldə bilmədiyim üçün üzrlü sayın.
"Olmamışlar dəftəri." by poeticrizzler
poeticrizzler
  • WpView
    Reads 1,706
  • WpVote
    Votes 232
  • WpPart
    Parts 58
Şeirləri yaradan şeylər olmasaydı kaş ki, olmamışlar dəftərində. Çünki olmamışları yazdıqca olmaq olmur.
Slender'in qısa hekayələri by poeticrizzler
poeticrizzler
  • WpView
    Reads 622
  • WpVote
    Votes 82
  • WpPart
    Parts 10
Edqar Allan Po deyir ki: "Qısa hekayə bir oturumda oxunub qurtaracaq qədər qısa olmalı və içindəki hər kəlimə öz məqsədinə xidmət etməlidi."
Yazıçı olmağın sirləri by Book_geek_96
Book_geek_96
  • WpView
    Reads 10,093
  • WpVote
    Votes 1,231
  • WpPart
    Parts 33
Gənc yazarlar, diqqət! Bunları məktəbdə öyrətmirlər... Yazmaq bir sənətdir , yazmaq yeni dil öyrənmək kimidir. Hər bir yazar bunu hərflərindən başlayaraq öyrənməlidir. Bu yolda sizlərə kiçik də olsa kömək edə biləcəyimi umuram. Qeyd: Burada toplanan yazıların sadəcə bir hissəsi öz fikirlərimdir. Məlumatların çoxu müxtəlif saytlardan götürülmüş, tərcümə edilmişdir. Saytların adlarını qeyd edə bilmədiyim üçün üzrlü sayın. Xoş mütaliələr.
Eyni Ruhu Paylaşanlar Klubu by kayrasinferno
kayrasinferno
  • WpView
    Reads 398
  • WpVote
    Votes 53
  • WpPart
    Parts 13
XXI əsrin bəlasını çəkən gənc bir insanın qaburğalarını sancan, dövrünün çirkin dünyasında yaşamaq üçün çırpınmayan, işığı sönmüş, çürüklərlə dolu düşüncələri. Başlanğıc: 14 iyul 2020
Nağıl kimi..  (memuar) by Kamran_semed
Kamran_semed
  • WpView
    Reads 24
  • WpVote
    Votes 4
  • WpPart
    Parts 1
Hərdən ürəyincə olsa da olmasa da uşaqlığına qayıtmağı arzulayarsan. Fərq eləməz, uşaqlığın parlaq keçib, yoxsa yox, sadəcə istəyərsən ki, zaman maşını olaydı da səni indiki günlərindən ayırıb yenidən uşaqlığına qərq edəydi. Əgər zaman maşını yoxdursa və sən xəyal gücünə güvənirsənsə, istədiyin zaman gözlərini qapayıb o günlərin xatirələrini, həyəcanını olduğu kimi beynində canlandıra bilərsən. Hər kəsin keçmişində elə bir hekayəsi vardır ki, geriyə qayıdıb təkrar-təkrar yaşamaq istəyir.
Azaliya (hekayə) by Kamran_semed
Kamran_semed
  • WpView
    Reads 78
  • WpVote
    Votes 13
  • WpPart
    Parts 2
✔Supermarketdə satıcı işləyən gənc Səmra günlərin bir günü atası yaşında olan müdirindən əxlaqsız təklif alır. Belə bir hadisə ilə ilk dəfə qarşılaşan Səmra müdirin təklifini rədd edərək elə həmin gün işdən uzaqlaşır və dərdini bölüşmək üçün sevgilisinə pənah aparır. Lakin canından çox sevdiyi oğlanın Səmraya arxa çevirməsi və danlaq obyektinə döndərməsi Səmranın ürəyini daha da parçalayır. Özünü əlacsız hiss edən Səmra artıq bər şeydən bezib, həyatla vidalaşmaq istədiyi bir vaxtda azaliya çiçəyi ilə tanış olur. Azaliya onu fikrindən döndərə biləcəkmi?
Ximera (Qotik-Hekayə) by Kamran_semed
Kamran_semed
  • WpView
    Reads 432
  • WpVote
    Votes 46
  • WpPart
    Parts 10
O, gülməyə başladığında bütün sarayın divarları titrəməyə başladı. Güldükcə ağzı normal insan ağzından daha artıq açılmağa başlayırdı və nəhəg aliqator kimi çənəsini aralayıb xidmətçi qızın başını yerindən qopardı. Qızın yırtılmış boğaz dəliyindən fışqıran qan Onun bəyaz simasını alqana boyadı.
"Hər vaxtınız şeir" ... by Humbett
Humbett
  • WpView
    Reads 8,743
  • WpVote
    Votes 1,429
  • WpPart
    Parts 163
Hər üstün bilən və bacaranın bir üstün bilən və bacaranı vardır. Ən üstün bilən və bacaran isə bilik və bacarığı yaradan - Tanrıdır!