HOSTedd66
- Reads 599
- Votes 14
- Parts 29
Mənim bütün həyatım boyu çoxsaylı ciddi adamlarla hesabagəlməz təmaslarım olub.
Böyüklər arasında çox olmuşam. Onları lap yaxın-dan görmüşəm. lakin, bütün bunlar onlara
qarşı fikrimi dəyişə bilmədi.
Böyüklərdən mənə bir az sağlam düşüncəli görünəninə rast gəldikdə, indiyə qədər saxladığım
bir nömrəli şəklimi ona göstərir və bu barə-də onun fikrini öyrənmək istəyirdim. İstəyirdim ki,
bu adamın bir şey anlayıb-anlamadığını müəyyənləşdirim. Lakin, hər dəfə mənə eyni cavabı
verirdilər: "Bu, şlyapadır". Onda mən onlarla nə əfi ilanlardan, nə keçilməz meşələrdən, nə də
ulduzlardan danışırdım. Mən onlarla anlama səviyyəsindən və qalstuklardan danışırdım. Belə bir
ağıllı adamla tanış olduqlarından çox məmnun qalırdılar.