🇦🇿
9 stories
Qaranlığın Qızı by Nigar_27
Nigar_27
  • WpView
    Reads 938
  • WpVote
    Votes 302
  • WpPart
    Parts 31
Bəzi yaraların izi görünmür. Bəzən insan ən böyük müharibəni başqaları ilə yox, öz vicdanı, öz qorxuları və öz keçmişi ilə aparır. Bu kitab da məhz belə bir müharibədən bəhs edir. Burada oxuyacağınız hadisələr təkcə sevgi hekayəsi deyil. Burada itirməkdən qorxan insanlar, sevdiyini qorumaq üçün özünü oda atmağa hazır olan qəlblər, bağışlamağın mümkünsüz göründüyü anlar və bir qərarın neçə taleyi dəyişdirə biləcəyi var. Bəlkə də bəzi səhifələrdə gülümsəyəcəksiniz. Bəlkə də bəzi cümlələr sizi uzun müddət susduracaq. Çünki həyatın özü də belədir. Heç kimə yalnız xoşbəxtlik və ya yalnız kədər bəxş etmir. Əgər bu hekayəni oxuyarkən hansısa obrazın ağrısını ürəyinizdə hiss etsəniz, bilin ki, məqsədim məhz bu idi. Mən sizə mükəmməl insanlar təqdim etmədim. Mən səhvləri ilə yaşayan, qorxuları ilə nəfəs alan və sevgiyə bütün yaralarına baxmayaraq inanmağa çalışan insanlar yazdım. "Bəs görəsən Qaranlığın Qızı öz işığını tapa biləcək yoxsa o qaranlıq onu udacaq?" Hekayədə əsas sualdır. Silahı son anda özümə çevirdim. Və hər birinə sevgi dolu baxışlarla baxdım. Sanki son dəfə baxırmışam kimi. Kim bilir bəlkə də. Bəlkə də son dəfə baxırdım. ~𝓝𝓲𝓰𝓪𝓻 𝓜.
Yoldaş Qətiyyət  by Polonium-210
Polonium-210
  • WpView
    Reads 696
  • WpVote
    Votes 435
  • WpPart
    Parts 22
"Çörək Üsyanı: Bir insanın susqunluğu min insanı ac qoyar" Qətiyyətli insanlar kimdir? Qətiyyət nədir? Qətiyyət, insan xarakterinin polad sütunudur. O, sadəcə qərar vermək deyil, verilən qərarın arxasında dağ kimi dayanmaq sənətidir. Dünya tarixi öz taleyini başqalarının ixtiyarına buraxanların deyil, "yox" deməyi bacaran və inandığı dəyərlər uğrunda sona qədər gedən qətiyyətli insanların çiyinlərində yüksəlmişdir. Aydınlıq: Nə istədiyini dəqiq bilmək. Cəsarət: Uğursuzluq qorxusunu yenərək ilk addımı atmaq.Davamlılıq: Çətinlik anında geri çəkilməmək. Qətiyyətli insanlar dedikdə, sadəcə inadkar şəxslər başa düşülməməlidir. İnadkarlıq kor-koranə bir dirəniş olduğu halda, qətiyyət şüurlu bir seçimdir. Onların öz prinsipləri və sərhədləri var. Məqsədlərinə xidmət etməyən və ya dəyərlərinə zidd olan təklifləri nəzakətlə, lakin qəti şəkildə rədd edirlər. Maneələri pilləkən kimi görürlər Uğursuzluq onlar üçün yolun sonu deyil, sadəcə öyrənmə prosesinin bir hissəsidir.
Kardio-Drama by apinkluna25
apinkluna25
  • WpView
    Reads 6,725
  • WpVote
    Votes 628
  • WpPart
    Parts 17
Bakının ən prestijli xəstəxanası olan DiaqnoMed klinikasında iki qütb nüfuz uğrunda bir-birilə əzəli rəqabət aparırdı : "Elitlər" və professional həkimlərdən ibarət olan "Qızıl Liqa" komandası. 4-cü kurs Tibb tələbəsi olan Simay isə burada assistantlığa başladığı ilk gündən etibarən bu iki komandanın, habelə iki məşhur cərrah arasındakı rəqabətin əsas oyunçusuna çevrilmişdi. Həkimlərarası əyləncəli xaoslarla, sevgi üçbucaqları və müxtəlif intriqalarla dolu olan bu klinikada insanı sağ saxlayan tək bir şey var idi: Heç qopmayan dostluq bağları.. Diqqət! Hekayəyə başlayarkən əllərimizi spirtləməyi unutmayaq, çünki buradakı xəstələrin heç də hamısı klinikanın pasientləri deyil..
Sənin Əbədi Dostun  by keerimovaaaa
keerimovaaaa
  • WpView
    Reads 12,025
  • WpVote
    Votes 2,402
  • WpPart
    Parts 61
{İçinizi isidəcək şipşirin bir dostluq hekayəsi} 🪐 Qəlbim sanki onun ovuclarında sıxılıb, əzilirmiş kimi hiss edirdim, amma mən buna artıq alışmışdım. Mən onun dostu idim. Nə olursa olsun, sadəcə onun dostu olaraq da qalacaqdım. Eynən onun dediyi kimi.. -Sənin Əbədi Dostun..
ÖLÜMLƏ SÖZLƏŞMƏ by ryazar17
ryazar17
  • WpView
    Reads 3,841
  • WpVote
    Votes 484
  • WpPart
    Parts 16
❝Ölüm bir dəfə gəlmir. Bəzən səni xilas edənlə gəlir.❞ ⚠️ Xəbərdarlıq Bu hekayədəki bütün personajlar və hadisələr xəyal məhsuludur. Hekayədə göstərilən qadağan olunmuş maddələr və təhlükəli hərəkətlər real həyatda təhlükəlidir. Lütfən, bunları yalnız hekayə kontekstində qiymətləndirin.
 Sevgilinlə yataqda. +18 by dualiat
dualiat
  • WpView
    Reads 17,932
  • WpVote
    Votes 592
  • WpPart
    Parts 23
19 yaşlı Elizabet Piters yaxın rəfiqəsi ilə başqa şəhərə köçməyə qərar verir. Kim bilirdi ki, onu burada yeni insanlar, yeni duyğular, onun ağlını başından çıxaracaq insanlar gözləyəcək? Uşaqlıq dostuyla münasibətini qoruyub saxlamağı, yoxsa şəhvətin qurbanı olmağı seçəcək? Məsələ sənin şəxsi xoşbəxtliyinə gələndə seçim eləmək çətin olur... *** DONDURULUB.
Xəbərsiz Sevgim by fatyahesenova
fatyahesenova
  • WpView
    Reads 390
  • WpVote
    Votes 131
  • WpPart
    Parts 11
Yuxuda görüb insan kiməsə aşiq ola bilər? Məncə hə. Çünkü bunu mən yaşamışdım. Mən illərdir tanıdığım insana sadəcə yuxumda aşiq olmuşdum. Ətraflı başqa gün danışacam sizə.
Qanlı Qədəh (TAMAMLANDI) by revanekerimova1
revanekerimova1
  • WpView
    Reads 38,929
  • WpVote
    Votes 3,018
  • WpPart
    Parts 39
"Qanlı Qədəh" adı ilə Wattpad'da yayımlanan ilk və tək Azərbaycan dilində kitabdır. Hər hansı bir surətin çıxarılması,kopyalanması, alıntı halında dərhal hüquqi proses başlanacaq. Bu kitabın adına da (Türkcə/Azərbaycanca) daxildir. Bir neçə bənzər adlar görürəm artıq. Davam etdiyi təqdirdə avtomatik şikayət edəcəm. 🍷 "Kanlı Kadeh" ismiyle Wattpad'de yayımlanan ilk ve tek Azerbaycan dilinde kitaptır. Her hangi bir kopyalanma olayında/durumunda hemen yasal işlemler başlatılacaktır. Eşq qırmızı şərab kimidir. Bir qədəh içdinsə bir daha əl çəkə bilmirsən.🍷
DƏLİXANA by GunAy-_
GunAy-_
  • WpView
    Reads 18,360
  • WpVote
    Votes 1,776
  • WpPart
    Parts 38
QARANLIQ OTAĞI AYDINLADAN HEÇ BİR ŞAM SONSUZA QƏDƏR YANMIR. 🕯️ Ailəsi tərəfindən Dəlixanaya yerləşdirilən qız, bir dəlini öldürməkdə günahlandırılan şizofrenlə otaq yoldaşı olar.. Dəlixana adı ilə wattpadın ilk Azərbaycan kitabı.. Dəlixana - 2. Azadlığın Zəncirləri - yeni sezon şəklində kitabın ilk finalından sonra yayınlanır.☘️🕯️ Qapaq: _stellana