keerimovaaaa
- Reads 3,873
- Votes 442
- Parts 8
19 may, 2026.
✮
Bütün dünyanın onun ətrafında döndüyünü sanan Yasəmən üçün universitetdən sonrakı həyat tam mənası ilə qayğısız bir əyləncədən ibarət idi. Lakin atasının səbr kasasını daşıran sonuncu avtomobil qəzası hər şeyi alt-üst edir. Cəza olaraq bütün imkanları və lüks həyatı əlindən alınan Yasəmən, tək bir çamadanla Gəncədəki bibisinin yanına sürgün edilir.
Bakının parıltılı dünyasından Gəncənin qızmar yay istisinə düşən gənc qızı burada tamamilə yad bir mühit və əsla yola gedə bilməyəcəyi yeni insanlar qarşılayır. Həyatında ilk dəfə ayaqları üzərində durmağa çalışan hər addımında yeni bir bəlaya bulaşan bu şəhərli qızın Gəncə məhəlləsinə ayaq uydurmaqdan başqa çarəsi yoxdur.
Amma bilmədiyi bir şey var; Onun gəlişi məhəllədə uzun zamandır üstü gizlədilən bir planın da fitilini atəşləyir.
✮
Başlama tarixi: 15 mart, 2026.
Bitirmə..