Cümhuriyyət Aşkım
oylesiebiri14
- Reads 996
- Votes 146
- Parts 3
Hər şey o qədər qəribə və yad gəlir ki... Həm də bir o qədər həyəcanlı. Mən, bir anda özümü 1918-ci ilin Bakı şəhərində tapdım. Necə oldu? Niyə bu zaman? Mən kiməm? Bu suallar bir-birini izlədi, amma cavabları tapmağa çalışarkən, içimdə bir sevda, bir inam yaranmağa başladı.
Azərbaycan Xalq Cümhuriyyətinin o qısa amma qürurlu illəri mənim içimdə bir həyəcan buraxdı. Vətənimin müstəqil olduğu, öz gücünü və sevgisini tapdığı bir dönəmdə, mən də bir parçası oldum. Təsəvvür edin, qarşımdakı türk əsgəri, o anı yaşadan kişi, hər addımımla yanımda. Hər şey bir yuxu kimi olsa da, içimdəki hisslər gerçəkdi.
Azadlığın nə olduğunu anladım, həm də məhəbbətin. Bəlkə də bura gəldiyimdə, zamanın nə qədər kövrək olduğunu görmədim. Amma hər şeyin bir sonu və yeni bir başlanğıcı var. Mənim yolum da bu başlanğıcın içindəydi. Vətən, sevgi, mübarizə - bunlar hər birimizin içində gizlidir. Mənim içimdə isə Cümhuriyyətin adı və məhəbbətimin adı var.
Bakı bu gün mənim üçün bir yerdən daha çoxdur. Bu, tarixin, mübarizənin, azadlığın və ən önəmlisi - sevdanın izlərini daşıyan bir şəhərdir. Hər addımda, hər an, bu sevdanın içində daha da da dərinə gedirəm.