Ulduzlarla Aramızda
apinkluna25
- Membaca 1,207
- Suara 278
- Bagian 16
Bir gecə yoxa çıxan gənc oğlanın sirli itkin düşmə işi ilə yolları kəsişən müstəntiq Ceyhun və gənc vəkil Afət, ilk baxışdan bir-birinə zidd dünyaların adamları kimi görünür. Ancaq bu iş onların həyatına sanki göydən düşən bir meteor kimi çırpılır: parlaq, dağıdıcı və qaçılmaz. Afət deyir: "Sizin də sirriniz var, cənab müstəntiq. Və mənim təcrübəmə görə sirri olan adam vəkilə ehtiyac duyur. Gec-tez."
Bu sirli ifadələr, açılmamış qaranlıqlar, vəkil və müstəntiqin bir-birinə qarşı artan güvən problemi və gərgin emosional bağları ilə hekayə dərinləşir. Hər yeni ipucu, onları həm cinayət işinin, həm də bir-birlərinin keçmişinə aparır. Ancaq nə Ceyhun, nə də Afət anlayır ki, bu tanışlıq təkcə bir işin deyil, öz hekayələrinin də sonunun başlanğıcıdır...