Elxan Elatlı əsərləri
3 stories
Elxan Elatlı -Seçilmiş Cəza by mmdovazema07
Elxan Elatlı -Seçilmiş Cəza
mmdovazema07
  • Reads 1,162
  • Votes 27
  • Parts 2
Bakıda, çoxmərtəbəli binaların birində yaşayan orta yaşlı kişi həyat yoldaşının işə getmək üçün evdən çıxdığı səhər saatlarında,öz mənzilində qəddarcasına qətlə yetirilir. Bəli,bu qətlə yalnız belə ad vermək olardı, çünki mərhumun üz və kəllə hissəsi küt bir alətlə parçalanıb tanınmaz hala salınmışdı. Nafiz adlı bu adam kimi bu qədər qəzəbləndirmişdi?Ondan borc pul istəyən və heç nə ala bilməyən qaynını?Hər gün söyüb yamanladığı arvadını?Kimi? Cinayəti araşdırmaq təcrübəli müstəntiq Nüstərova tapşırılır.Eyni zamanda, mərhumun qonşuları müstəqil cinayət -axtarış eksperti Qanbay Qasımlını da bu işə cəlb edirlər.Əslində,bu romanın süjeti iki bacarıqlı hüquqşunasın-müstəntiq Nüsrətovla polkovnik Qasımlının qeyri-rəsmi yarışması üzərində qurulub.Qasımlı bu yarışda nədənsə məğlub olur... Ya da məğlub olmağı seçir... Müstəntiq işi yekunlaşdıran kimi Qasımlıya zəng vurub öz qələbəsi ilə qürrələnir.Lakin məşhur xəfiyyə bundan heç də pərt olmur,çünki onun üçün ilahi ədaləti bərqərar etmək şan-şöhrətdən daha üstündür...
Xəyanət by Kitapkokussu
Xəyanət
Kitapkokussu
  • Reads 11,048
  • Votes 578
  • Parts 133
Elxan Elatlı-Xəyanət (Full) Önsöz Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub. Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyatına, qadın-kişi münasibətlərinə, qısa müddətdə əyri yollarla varlanmaq istəyən qəddar adamların şeytani xislətinə və digər mövzulara da toxunulur. Gənc tələbə qız ata-anasına məktub yazaraq namusunun bir nazir tərəfindən ləkələndiyini bildirir və zəhər içib intihar edir. Təhqiqat başlayandan az sonra həmin nazirin özünü güllələməklə intihar etməsi xəbəri yayılır. Bundan sonra əsl psixoloji müharibə başlayır. Bu cinayətin izinə düşmüş xəfiyyəyə sui-qəsd edilir. Sui-qəsd cəhdini nazirin sağ əli olan adamın qulbeçəsi gerçəkləşdirsə də, o, tamam başqa bir ittihamla həbs edilir və tezliklə təcridxanada meyiti tapılır. Amma naməlum qüvvələr xəfiyyədən əl çəkmir və ona ikinci dəfə sui-qəsd edirlər. Ardınca mərhum nazirin arvadı dəhşətli qəzada ölür. Kələf isə açılmır ki, açılmır... Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Elxan Elatlı - Mərtəbələr by leman03li
Elxan Elatlı - Mərtəbələr
leman03li
  • Reads 5,942
  • Votes 118
  • Parts 18
Mərtəbələr və ya intiharla bitən ömür... Amma görəsən bu faciəli sonluğu intihar adlandırmaq olarmı?