AnyaYakar0
Yazdığım "Angel and Devil"adlı kitabın qurğusu öz şəxsimə aiddir.Hər hansı bir surətin çıxarılması,kopyalanması,alıntı halında dərhal hüquqi proses başlanacaqdır.
Bir vaxtlar mələklərlə şeytanlar arasında sülh hökm sürürdü. Ta ki, şeytanların lideri Atlas Altay üsyan edənə qədər...
Baş verən qanlı müharibədə 14 min mələk həyatını itirir. Döyüşün sonunda isə yalnız iki lider sağ qalır: Atlas Altay və Arya Anri.
Lakin bu qanlı tarixin onlar üçün başqa planı var idi.
Hər ikisi öz aləmində artıq yaşamır.insan dünyasında yenidən həyata qayıdırlar.Bu dəfə yolları Almaniyanın məşhur Mələk və Şeytan Akademiyasında kəsişir.
Amma bir fərqlə...
Keçmişi yalnız onlardan biri xatırlayır. Digəri isə ən böyük düşməninin qarşısında dayandığını belə bilmir.