Elemental
Emil_Abdullayev
- Leituras 33
- Votos 9
- Capítulos 3
Dörd elementin son varisləri olan Nereus, Spark, Aura və Terra, dünyalarının tarazlığını qorumaq üçün böyük bir mübarizəyə atılırlar. Bu varislər su, alov, külək və torpaq elementlərinin gücünə malikdirlər və bu güclərini Anti Elementus planetindən gələn təhlükələrlə mübarizə üçün istifadə etməyə məcburdurlar.
Qaranlıq bir dövrün astanasında, Anti Elementus planetindən gələn düşmənlər dünyanı və Elementusu xaosa sürükləmək və elementlərin gücünü ələ keçirmək istəyirlər. Nereus'un dənizlərin və okeanların dərinliklərindən gələn gücü, Spark'ın məhvedici alovları, Aura'nın küləklər üzərindəki nəzarəti və Terra'nın torpağın möhkəmliyi ilə birləşərək, bu gənc qəhrəmanlar böyük bir macəraya atılırlar.
Bu epik mübarizədə, dostluq, cəsarət və fədakarlığın mənasını yenidən kəşf edəcək və özlərindəki gücü tapacaqlar. Dörd elementin son varisləri, talelərini reallaşdırmaq və dünyanı xilas etmək üçün bir araya gəlirlər.