Azerbaycanca Hikayelerim 🇦🇿
1 story
Sonuncu Şam Yeməyi  by alihuseyn777
alihuseyn777
  • WpView
    Reads 51
  • WpVote
    Votes 7
  • WpPart
    Parts 2
Soyuq bir qış günü... Çöldə ləpə-ləpə qar yağır. Hava ayazlı və soyuq... Buna rəğmən Böyük bir ailə, böyük bir masanın ətrafında oturub sevinclə şam edirdilər. Kim bilərdi ki, soyuq hava bir anda onların da həyatını donduracaq? Və bu qocaman köklərə sahib Böyük bir Ailə son dəfə bu Masa ətrafında SONUNCU ŞAM YEMƏYİNƏ əyləşiblər? " Qızım bax ən qısa zamanda nəticə istəyirəm. Bilmirəm bir ayağım qəbirdədi. Sevindir bu qocanı. Dünya gözü ilə bu xoşbəxtliyimə xoşbəxtlik qat. " Süfrənin başında oturan qoca əllərini göyə qaldırıb sevincli gözlərlə nəvəsinə baxdı bə qəh-qəhə ilə sözlərini dedi. Bu sözləri gənc qızı utandırsa da ailənin digər üzvləri qocayla razılaşıb deyə gülə fikirlərini demişdilər. Amma kim bilə bilərdi ki, Bu otağı dolduran son gülüşlər olduğunu? Xoşbəxtliyin onların arasından uçub getməyəni dəqiqələr qaldığını kim bilərdi ki? Bilsələrdi bəlkə onda daha dərindən bağlanardılar bir birilərinə gələn yelin onları yıxıb məhv eləməsinə icazə verməzdilər. Hər kəsin başı yeməyə və söhbətə qarışmışkən onları durduran bir şey oldu. Və səslər kəsildi... Otaqda dərin bir ölüm səssizliyi çökdü. O an gələn uşaq bağırtısı və ardınca güclü bir fırtına. Elə bil fırtına ki, o Masa da nə var idisə hər şeyi insanlarda daxil özü ilə süpürüb apardı. Yerinə isə xarablıqlar buraxdı. ÖLÜM... SİRR... və NİFRƏT... Məhv olub Parçalanan Böyük bir Ailənin Son Dəfə Şam Yeməyi oldu. SONUNCU ŞAM YEMƏYİ...