We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.
thlaila adlı kullanıcının Okuma Listesi
7 stories
Sınıq Tərəzi by efsanemmdzade26
efsanemmdzade26
  • WpView
    Reads 4,384
  • WpVote
    Votes 615
  • WpPart
    Parts 27
İllərlə eyni yuxunu görən Gülzarın həyatı bu il həmin yuxunu gördükdən sonra bir daha eyni olmamaq üzrə dəyişər. Sirli bir "oyun" zindanına məhbus olan bu gənc qadının məhbəs yoldaşı isə Azərdir. Bir prokuror qadın və mafiyanın oğlu olan vəkil. Qanlı cisimləri və pak ruhları olan bu iki insanın həyatları da, duyğuları da cisimləri və ruhları kimi zidd idi. Xilasları bir-birində, ölümləri bir-birində idi. Keçmişin acıları, bu günün qorxuları və gələcəyin bilinməzliyi onları hər gün bir az daha məhv edirdi, hər gün bir az daha yaşam nəfəsi verirdi. Ailələrinin günahlarının və xətalarının cəzasına qurban seçilmiş bu iki gənc sirli "oyun"un pəncəsindən qurtuluş axtardıqca başqa zindanların da əsiri olacaqdırlar. Bəs bu sirli "oyun"da əsl qurucu kimdir, oyuncu kimdir? Bədbəxtlik bataqlığına düçar olan kimdir, xoşbəxtlik yağışında islanan kimdir? Qalib kimdir, məğlub kimdir?
Mən Varam by revanekerimova1
revanekerimova1
  • WpView
    Reads 1,348
  • WpVote
    Votes 167
  • WpPart
    Parts 3
Sevdiyi adam tərəfindən xəyanətə uğrayan bir qadın və karyerasının başlarında müvəffəqiyyətsizliklə qarşılaşıb, özünü günahlandıran bir adam düşünün. Hər ikisidə insanlara olan inanclarını itiriblər. Kilometrlərlə uzaqdan gələn bu qadınla qarşı qonşusunun yaşayacağı hekayə necə başlayıb, necə davam edəcək görəsən...
QƏFİL YAZ(DÜZƏNLƏNİR) by springdolphin
springdolphin
  • WpView
    Reads 5,710
  • WpVote
    Votes 1,070
  • WpPart
    Parts 14
Bəzən həyatın ən gözlənilməz anlarında, qışın soyuğundan sonra içimizə sızan bir Bahar olur. Qəfil başlayan, amma dərin izlər buraxan bir eşqlə doludur. Hər baxış, hər söz, sanki əvvəlcədən planlanmış bir möcüzədir ... ****** Güclü soyuqladığı üçün universitetin son kursuna bir neçə həftə gec başlayan Ruxsar geri döndüyündə hər şey əvvəlki kimidir. Eyni dostlar, eyni universitet həyatı... Sadəcə bir fərqlə - hər kəs bir nəfərdən danışır. Universitetdə qısa müddətdə məşhurlaşmış o oğlan. Onun adı ilə tez-tez qarşılaşsa da, yollarının kəsişəcəyini heç düşünmür. Ta ki təsadüfən oğlanın şəxsiyyət vəsiqəsini tapana qədər. Kiçik bir təsadüf ilə başlayan tanışlıqdan sonra isə hər şey dəyişməyə başlayır. Oğlan tez-tez qızın qarşısına çıxır, onunla danışmağa bəhanələr tapır, yaxınlaşmağa çalışır. Universitetdə hər kəsin diqqətini çəkən biri olduğu halda, ilk dəfə bir nəfərə qarşı fərqli hiss etməyə başlayır. Ruxsar ilk başda bu vəziyyətdən heç məmnun qalmır. Hər dəfə onu özündən uzaqlaşdırmağa çalışır. Amma sonra, vəziyyət onun üçün də dəyişməyə başlayır. ****** Kitabın adının,mövzusunun kopyalanması və ya bənzər ad qoyulması qadağandır !
Soyuq Xatirə  by Ayla9922
Ayla9922
  • WpView
    Reads 5,612
  • WpVote
    Votes 352
  • WpPart
    Parts 11
İllər öncə öldüyünü bildiyi sevgilisi illər sonra Hadrutda qarşısına çıxar. Bu hekayə də iki imkansız sevgini oxuyacaqsız. Gəlin Kapitan Murad Həsənzadənin və Həkim Nigar Səmədovanın imkansız sevgisini, gizlədilən gərçəklərə və danışılan yalanlara birlikdə şahid olaq. 10.01.2026
DƏLİXANA by GunAy-_
GunAy-_
  • WpView
    Reads 19,949
  • WpVote
    Votes 1,947
  • WpPart
    Parts 39
QARANLIQ OTAĞI AYDINLADAN HEÇ BİR ŞAM SONSUZA QƏDƏR YANMIR. 🕯️ Ailəsi tərəfindən Dəlixanaya yerləşdirilən qız, bir dəlini öldürməkdə günahlandırılan şizofrenlə otaq yoldaşı olar.. Dəlixana adı ilə wattpadın ilk Azərbaycan kitabı.. Dəlixana - 2. Azadlığın Zəncirləri - yeni sezon şəklində kitabın ilk finalından sonra yayınlanır.☘️🕯️ Qapaq: _stellana
Ulduzlarla Aramızda (KİTAB OLDU) by apinkluna25
apinkluna25
  • WpView
    Reads 7,258
  • WpVote
    Votes 293
  • WpPart
    Parts 9
Bir gecə anidən yoxa çıxan gənc bir tələbənin sirli itkin düşmə işi ilə yolları kəsişən müstəntiq Ceyhun Səmədov və gizli bir mafianın vəkili olan Afət Kərimova, ilk baxışdan bir-birinə zidd dünyaların adamları kimi görünürdü. Ancaq bu iş onların həyatına sanki göydən düşən bir meteor kimi çırpılır: parlaq, dağıdıcı və qaçılmaz. Sirli ifadələr, açılmamış qaranlıqlar, vəkil və müstəntiqin bir-birinə qarşı artan güvən problemi və gərgin emosional bağları ilə hekayə dərinləşir. Hər yeni ipucu, onları həm cinayət işinin, həm də bir-birlərinin keçmişinə aparır. Ancaq nə Ceyhun, nə də Afət anlayır ki, bu tanışlıq təkcə bir işin deyil, öz hekayələrinin də başlanğıcıdır...