malioraaa
- Reads 3,563
- Votes 856
- Parts 34
Uşaqlıq illərinin günahsızlığı və iki fərqli dünya arasında qurulan qırılmaz bir bağ... Elerya və Eryas üçün hər şey nağıllardakı kimi başlamışdı. Lakin qaranlıq sirlər və intiqam alovu bu bağı darmadağın etməyə yetdi. Lənətlənmiş bir keçmişin kölgəsi Eleryanın yaddaşını oğurlayanda, Eryas onun üçün əlçatmaz bir qaranlığa - yanı başında duran, amma əsla görünməyən və eşidilməyən bir kölgəyə çevrildi.
İllər sonra, keçmişin küllərindən doğan mistik bir pıçıltı Eleryanın reallığını kökündən sarsıdır. Gözlərindəki pərdə qalxdıqda, o, artıq yalnız kölgələri deyil, çiyinlərində daşımalı olduğu ağır taleyi də görməyə başlayır. Lakin həqiqəti bilmək həm də ən böyük təhlükədir. Zamanın və dünyaların tarazlığını qorumaq üçün Elerya ən yaxınlarına belə yalan danışmaq, ürəyindəki sirləri maskalamaq məcburiyyətindədir.
𖤓
"Eryas.." Nə deyəcəyimi bilmirdim ona. Belə sevilmək.. Onun tərəfindən bu şəkildə sevilmək çox gözəl idi.
"Gözəlim, ulduzum mənim. Sən yanımda olduğun müddətcə Eryas Karlos var olmağa dəvam edəcək. Sən olmadığın bir dünya mənə lazım deyil. Dünyamı gözəlləşdirdiyin üçün, yanında rahat ola biləcəyim qədər özünə aşiq etdiyin üçün sənə təşəkkür edirəm. Səni ömrümün sonuna qədər sevəcəm. Öldükdən sonra belə sevməyə dəvam edəcəm ulduzum."
𖤓