_stellana
Yalçın üçün dünya, addımbaşı büdrədiyi bir künc-bucaqdan ibarət idi; ögey atası isə həmin künclərdə qarşılaşdığı ən keçilməz divar. Aralarındakı uçurumu nifrətlə doldurmağa çalışan bir gənclik və o uçurumun kənarını müqəddəs bir sığınacaq kimi qoruyan bir adam...
Onların hekayəsi sadə bir rəğbətin sərhədlərini çoxdan aşıb. İndi cavabını axtaran tək bir sual var: Bu, ruhların bir-birinə duyduğu qarşısıalınmaz ehtiyacdır, yoxsa hər ikisini eyni günahda boğacaq qaranlıq bir eşq?
"Mən günahkar idim, o isə mənim varlığına inanmadığım bir Tanrının mənə göndərdiyi ən gözəl cəza."