nigga_1
1999-cu il qarlı bir yanvar günü. Gecə saatları. Ətraf qaranlıqdır. Xəstəxananın doğum otağından sadəcə bir qadının qışqırığı eşidilir. Biraz sonra səslər susur. İndi isə bir uşağın ağlama səsi eşidilir. Hərkəs gülür. Qadın illərdir uşağı olması üçün dua edir və bir oğlan uşağı olur. Ata isə gərgin halda qapıda gözləyir. Gərginliyi üzündən bilinir. Qapıda sadəcə bir adam var. Uşağın atası. Uşaq atasının qucağına veriləndə ağlamağı dayanmışdı, məsum-məsum atasına baxırdı. Atası onu görəndə gərginliyini unutmuş öz oğluna təbəssüm etmişdi. Uşaq sanki atasına hamıdan çox bağlanmış onu daha çox sevmişdi. Ana və uşaq ikisidə sapsağlam idilər. Uşağın adını atası qoymuşdu o gün. Əli. Əli "uca", "yüksək" demək idi. Atası onu yüksəklərdə görmək istəyirdi. Atası həmişə bir oğlunun olacağını hiss edirdi. Hissləri o qədər qüvvətli idi. Bir oğlunun olacağını hiss etmişdi. Buna görə əvvəldən adını qoymuşdu... Əli. O gecə anası yatandan sonra, atası oğlunu hazır olan otağa apardı. Gecə yarısı olmuşdu. Uşaq çoxdan yatmışdı. Yatan oğlunu öpüb yatağa qoydu atası. Əli hüzur içində yatırdı. Atası oğluna baxdı. Ömrünün axırına qədər onu qoruyacağını özünə söz verdi. Otaqdan çıxdı. Ama yatmağa getmədi. Əli həm anası həm atası olduğu üçün çox şanslı idi. Amma atası oğluna qarşı sakit olmağa çalışsada xasiyyəti ağır bir adam idi. Atası bütün Bakıya gəddarlığı ilə ad salmışdı. Şəhərin ən yaxşı əsgərlərindən biri idi. Palkovnik Vüsal Mirzəyev . İşi ciddilik tələb etdiyi üçün bu qədər ciddi, qəddar olduğunu düşünürdü hamı. Ama o sadəcə düşmanlarına yox öz həyat yoldaşına belə qəddar idi. Bu hekayə bir ailənin bütün günahının bir insanın üstünə yığılmasının, o insanın həyatının, uşaqlığın