Sadəcə MÜKƏMMƏL
22 історії
Zodiakın keşikçiləri - I (Tamamlandı.) від malioraaa
malioraaa
  • WpView
    Переглядів 3,562
  • WpVote
    Голосів 857
  • WpPart
    Частини 33
Uşaqlıq illərinin günahsızlığı və iki fərqli dünya arasında qurulan qırılmaz bir bağ... Elerya və Eryas üçün hər şey nağıllardakı kimi başlamışdı. Lakin qaranlıq sirlər və intiqam alovu bu bağı darmadağın etməyə yetdi. Lənətlənmiş bir keçmişin kölgəsi Eleryanın yaddaşını oğurlayanda, Eryas onun üçün əlçatmaz bir qaranlığa - yanı başında duran, amma əsla görünməyən və eşidilməyən bir kölgəyə çevrildi. İllər sonra, keçmişin küllərindən doğan mistik bir pıçıltı Eleryanın reallığını kökündən sarsıdır. Gözlərindəki pərdə qalxdıqda, o, artıq yalnız kölgələri deyil, çiyinlərində daşımalı olduğu ağır taleyi də görməyə başlayır. Lakin həqiqəti bilmək həm də ən böyük təhlükədir. Zamanın və dünyaların tarazlığını qorumaq üçün Elerya ən yaxınlarına belə yalan danışmaq, ürəyindəki sirləri maskalamaq məcburiyyətindədir. 𖤓 "Eryas.." Nə deyəcəyimi bilmirdim ona. Belə sevilmək.. Onun tərəfindən bu şəkildə sevilmək çox gözəl idi. "Gözəlim, ulduzum mənim. Sən yanımda olduğun müddətcə Eryas Karlos var olmağa dəvam edəcək. Sən olmadığın bir dünya mənə lazım deyil. Dünyamı gözəlləşdirdiyin üçün, yanında rahat ola biləcəyim qədər özünə aşiq etdiyin üçün sənə təşəkkür edirəm. Səni ömrümün sonuna qədər sevəcəm. Öldükdən sonra belə sevməyə dəvam edəcəm ulduzum." 𖤓 ⋆⋅08.20.2025.⋅⋆
QƏFİL YAZ(DÜZƏNLƏNİR) від springdolphin
springdolphin
  • WpView
    Переглядів 6,272
  • WpVote
    Голосів 1,363
  • WpPart
    Частини 14
Bəzən həyatın ən gözlənilməz anlarında, qışın soyuğundan sonra içimizə sızan bir Bahar olur. Qəfil başlayan, amma dərin izlər buraxan bir eşqlə doludur. Hər baxış, hər söz, sanki əvvəlcədən planlanmış bir möcüzədir ... ****** Güclü soyuqladığı üçün universitetin son kursuna bir neçə həftə gec başlayan Ruxsar geri döndüyündə hər şey əvvəlki kimidir. Eyni dostlar, eyni universitet həyatı... Sadəcə bir fərqlə - hər kəs bir nəfərdən danışır. Universitetdə qısa müddətdə məşhurlaşmış o oğlan. Onun adı ilə tez-tez qarşılaşsa da, yollarının kəsişəcəyini heç düşünmür. Ta ki təsadüfən oğlanın şəxsiyyət vəsiqəsini tapana qədər. Kiçik bir təsadüf ilə başlayan tanışlıqdan sonra isə hər şey dəyişməyə başlayır. Oğlan tez-tez qızın qarşısına çıxır, onunla danışmağa bəhanələr tapır, yaxınlaşmağa çalışır. Universitetdə hər kəsin diqqətini çəkən biri olduğu halda, ilk dəfə bir nəfərə qarşı fərqli hiss etməyə başlayır. Ruxsar ilk başda bu vəziyyətdən heç məmnun qalmır. Hər dəfə onu özündən uzaqlaşdırmağa çalışır. Amma sonra, vəziyyət onun üçün də dəyişməyə başlayır. ****** Kitabın adının,mövzusunun kopyalanması və ya bənzər ad qoyulması qadağandır !
 𝙳𝚒𝚕𝚜𝚒𝚣 від Asterya03
Asterya03
  • WpView
    Переглядів 190
  • WpVote
    Голосів 43
  • WpPart
    Частини 3
"Eşqin gözü kordur, deyirlər... Qonacağı qəlbi, yurd salacağı yuvanı seçmir. Bəzən ən yanlış zamanda, ən mümkünsüz insanda özünə ev tapır." Dilsiz bir qızın həyat hekayəsi sizləri gözləyir. Eşq dilsizkən gözəldir .... "Keçmiş və gələcək böyük bir bilinməzdir deyirlər Boşnak qızı. Nə gələcəyimizi yaza bilərik nə də keçmişimizi dəyişdirə bilərik " isti ovuclarım axan göz yaşlarına ev sahibliyi edirdi. Alt dodaqları titrəyərkən alnımı alnına söykədim. " Keçmişimizi dəyişdirə bilmərik bəlkə. Amma gələcəyimizi yaza bilərik. " hər hıçqırığı, hər göz yaşı ürəyimə bir od salırdı. Elə bir od ki hər düşdüyü yer, qəlbimi min parçaya bölürdü. " Ağlama ßoşnak qızı. Ağlama." alnımı soyuq alnından aralayarkən, baş barmağımla axan göz yaşını sildim. " Ruhum ruhuna qurban olsun kəpənəyim. Ağlama nə olar ağlama." Hıçqırıqları ətrafdakı səs küyə qarışarkən,gözlərini sıxıca yumdu. Başını acıqla iki yana salladı. " Sənə sözüm olsun. Mən səni nə unudacam nə də vaz keçəcəm. Gələcəyimizi öz əllərimizlə yazaq." Yaş kirpikləri ağır şəkildə aralanarkən, tünd qəhvəyi gözlərini gözlərimə dikdi. Əlini, yanağını oxşadığım əlimin üzərinə gətirdi. " Elə bir gələcəyimiz olacaq ki dillərə dastan olacaq. Aşiq olduğun kəpənəyin ömrü bir gün deyil min il olacaq. Sənə sözüm olsun, Dilsiz "
İTKİN HƏQİQƏT від aliyevaleyla6677
aliyevaleyla6677
  • WpView
    Переглядів 127
  • WpVote
    Голосів 27
  • WpPart
    Частини 2
Altı il əvvəl baş vermiş və üstü örtülmüş bir cinayətin izinə düşən baş detektiv Nərgiz Zərgərli araşdırma dərinləşdikcə dəhşətli bir həqiqətlə üzləşir: ölümü ilə bağlı bütün sübutlar saxtadır və ölmüş hesab edilən şəxs əslində sağdır - özü də Nərgizin heç vaxt təxmin edə bilməyəcəyi biridir. Lakin həqiqətə aparan yolda onun qarşısında daim eyni maneə dayanır: vəkil Fərhad Xəlilov. Nərgiz hər addımda onun müdaxiləsi ilə qarşılaşdıqca, cinayətin arxasındakı sirrin Fərhadla nə qədər bağlı olduğunu anlamağa başlayır.
Yasəmən від efsanemmdzade26
efsanemmdzade26
  • WpView
    Переглядів 570
  • WpVote
    Голосів 122
  • WpPart
    Частини 8
Yasəmən olan evdən yas əskik olmazmış... -Ya sən, ya mən. -Ha mən, ha sən? Həyatda üstümüzdəki qalaq olan dağıntılar başqa bir yaşamda özümüzə yuva bildiyimiz evin divarları ola bilərdi mi? Ayrılıqlar, ölümlər və yaslar özgə dünyadakı bizim əlimizdən süzülməkdə olan gerçək xoşbəxtliyin bir kiçik cəzasıdır mı yoxsa? XX əsrin ikinci on illiyində savaşın, qanın, acılı itkilərin ağuşunda tanış olan həkim və müəllimin yolları qısa müddət sonra yenidən isti bir ocaqda kəsişər. Bakının dar küçələrindən birində yerləşən bu kiçik yer sadəcə qələm əhli olan dostların yazılarının lal şahidi olmayacaqdı, onlarla həyatın kədər və sevincinə, nifrət və sevgisinə də yoldaşlıq edəcəkdi. Görəsən, tarixin tozlu səhifələrində itmiş bu ömürlər üçün tale hansı dünyada "Xoşbəxtlik" adlı hekayə yazıb? Ya da elə bir əsər, ümumiyyətlə, var mı? Paralel dünyalara inanırsınız mı? Elə isə keçmiş sizi gözləyir...
RadioAksiya від keerimovaaaa
keerimovaaaa
  • WpView
    Переглядів 183
  • WpVote
    Голосів 37
  • WpPart
    Частини 2
RADİO AKSİYA ☢️ Bəzi yalanlar o qədər dərinə kök salır ki, onları üzə çıxarmaq üçün həyatını riskə atmalısan. * ​Dünyanın gələcəyini dəyişdirə biləcək kəşfin astanasında olan parlaq azərbaycanlı alim beynəlxalq bir seminar zamanı təyyarə qəzasında həlak olur. Rəsmi hesabat qəzanın səbəbini sadə bir xəta kimi göstərir. ​Lakin, Milli Təhlükəsizlik Xidmətinin təcrübəli agenti olan alimin bacısı üçün, ölkəyə gətirilən soyuq cəsəd bütün protokolları üstələyən bir həqiqəti fısıldayır: Tabutdakı onun qardaşı deyil. ​Qardaşının otağında aparılan gizli axtarış, onun ölümünün beynəlxalq bir sui-qəsdin başlanğıcı olduğunu sübut edir. Kəşfi ələ keçirmək istəyən qaranlıq qüvvələr qardaşı ilə birlikdə bu sirri də yox etməyə çalışır. ​Ölkə rəhbərliyindən aldığı xüsusi icazə ilə agent, saxta kimlik altında təyyarənin qəzaya uğradığı Yunanıstan torpaqlarına yollanır. Hədəfi aydındır: Qardaşının aqibətini müəyyən etmək. ​Tədqiqat planlandığı kimi getsə də, onun qarşısına çıxan yunanlı əks-kəşfiyyat agenti sadəcə maneə deyil, bir kölgədir. Bu rəqib onun hər addımını əvvəlcədən görmüş, bütün izlərini silmiş və hər an onu ifşa etməyə hazırdır. ​Beynəlxalq təhlükəsizlik xidmətlərinin iştirak etdiyi bu ölüm-dirim oyununda Azərbaycanlı agent nəzarəti itirməyə başlasa da, heç gözləmədiyi anda ona kömək gəlir. * Başlama tarixi: 08.12.2025 Bitirmə...
KÖLGƏ  від fakhriia
fakhriia
  • WpView
    Переглядів 1,504
  • WpVote
    Голосів 193
  • WpPart
    Частини 6
Kölgədə yaşamağa and içmiş bir əsgər və hər şeyi işıqlandırmağa çalışan bir jurnalistin hekayəsi... Kölgə öz işığını qoruya biləcəkmi? "Sən ağ qızılgülsən, Natali... və güllər kölgədə solur. Sənə toxunmaq istəyən əllərimdə belə yalnız qaranlıq var; mənim dünyamda sənə yaşamaq düşmür."
İkinci Bədən(ARA VERİLDİ) від Nigar_27
Nigar_27
  • WpView
    Переглядів 95
  • WpVote
    Голосів 23
  • WpPart
    Частини 3
İyirmi il əvvəl itkin düşən gənc bir qızın izi heç vaxt tapılmadı. Nə cəsədi tapıldı, nə də onu son görən qadın və qızı... İllər sonra həmin sirr yenidən üzə çıxmağa başlayır. Torpağın altında gizlədilmiş bir həqiqət, yarımçıq qalmış ayin və bədəndən-bədənə köçdüyünə inanılan bir ruh... Təhqiqatçı müxbir Nilay Hüseynli və İnterpol əməkdaşı Adrien Louis Əliyev əvvəlcə bunu adi itkin düşmə işi hesab edirlər. Lakin qarşılaşdıqları hər yeni dəlil onları ağlın və məntiqin sərhədlərini aşan hadisələrin içinə sürükləyir. Bəzən ən təhlükəli canavar yaşayan insan olmur. Bəzən isə torpağın altındakı sirr heç vaxt orada qalmaq istəmir. Əgər ruh həqiqətən ikinci bir bədən tapa bilirsə... onda basdırılan əslində kim idi? 𝓝𝓲𝓰𝓪𝓻 𝓜.
Sınıq Qum saatı I- Oyanış від fawnasfm
fawnasfm
  • WpView
    Переглядів 3,120
  • WpVote
    Голосів 534
  • WpPart
    Частини 12
Ədalətsiz insanlar ya nökərdir ya da nökər. Ədalətsiz bir insan məhbus ola bilər ancaq dərdini ədalətli çəkər. Ədalətsiz insan özünü şah elan edər ancaq insanlar onu taxtdan endirər.İnsanlar insafsız olmaz, insanlar vicdanasız ola bilər. Və vicdanı olmayan şəxsin içində biraz olsun insanlıq olmaz. Bir gün gələr bütün işıqları sönər ancaq təzədən yandırmağı nə vicdanına nədə insafına sığdıra bilməz.Ədalətin kölkəsində yaşayanlar vicdanlı deyil qorxaqdır. Günəş batar kölgə çəkilər,qorxaqlar kəsilər. Geriyə nə yalan qalar nədə yalançı.Ədalətin özü isə ya vicdan tapar yada vicdanlını.Bir qum saatı başlat çünki, ədalətsiz bir ölkənin işığı heç vaxt yanmaz. Cəhli-namərdin qızı və mərdin oğlunun romanına xoş gəldiniz. Kitabdaki hərşey xəyal və uydurmadan ibarətdir. reallıqdan uzaqda bir hekayə. Başqa bir həyatın olmadığı bir kitab.