lalezarr's Reading List (AZE)
12 stories
ŞEYTANIN İPLƏRİ. by fawnasfm
fawnasfm
  • WpView
    Reads 3,718
  • WpVote
    Votes 382
  • WpPart
    Parts 10
Bəziləri Səhra Əlizadə olduğumu fikirləşərdi. Atasının nazlı,ərköyün qızı kimi. Amma bilmədikləri tək şey insanların ala gözümün içinə baxdıqlarında çəkinmələrinə səbəb olan tək şey Şeytan olmağım idi. Şeytan deməzdilər mənə,qum saatı başladan deməzdilər.Bəla deyərdilər.Baş bəlası bir qadın. Fəlakətlər yaradıb,üsyanlar qaldırıb,inqilabı davam etdirən qadın.Kukla ipləri atasında olan məhz həmin qadın.Heçnə bilmədiyimi fikirləşirdilər,Kameranın qarşısında iki söz deyib boş danışdığımı ,Ancaq rahatlıq istədiyimi.Amma mən ədalət istəyirdim.Kuklasız bir insanlıq istəyirdim. Ağlımı gözlərimin gözəliyində gizlətmişdim Bunu bir namərd atam bilmişdi birdə sevdiyim mərd adam. Bağbanım var idi ancaq məni sulamaqdan imtina etmişdi.Gün gələcəkdi,bağban zanbağı səhralıqda böyütmək üçün çinar ağacının torpağından bir ovuc tökər,amma ən böyük səhvi o gün edər... "Bir cüt qərənfil bir siqaretdən ucuz imiş. Səndə mən ölsəm bir siqaret alsan qərənfil almış qədər şad olaram."
RadioAksiya by keerimovaaaa
keerimovaaaa
  • WpView
    Reads 197
  • WpVote
    Votes 41
  • WpPart
    Parts 2
RADİO AKSİYA ☢️ Bəzi yalanlar o qədər dərinə kök salır ki, onları üzə çıxarmaq üçün həyatını riskə atmalısan. * ​Dünyanın gələcəyini dəyişdirə biləcək kəşfin astanasında olan parlaq azərbaycanlı alim beynəlxalq bir seminar zamanı təyyarə qəzasında həlak olur. Rəsmi hesabat qəzanın səbəbini sadə bir xəta kimi göstərir. ​Lakin, Milli Təhlükəsizlik Xidmətinin təcrübəli agenti olan alimin bacısı üçün, ölkəyə gətirilən soyuq cəsəd bütün protokolları üstələyən bir həqiqəti fısıldayır: Tabutdakı onun qardaşı deyil. ​Qardaşının otağında aparılan gizli axtarış, onun ölümünün beynəlxalq bir sui-qəsdin başlanğıcı olduğunu sübut edir. Kəşfi ələ keçirmək istəyən qaranlıq qüvvələr qardaşı ilə birlikdə bu sirri də yox etməyə çalışır. ​Ölkə rəhbərliyindən aldığı xüsusi icazə ilə agent, saxta kimlik altında təyyarənin qəzaya uğradığı Yunanıstan torpaqlarına yollanır. Hədəfi aydındır: Qardaşının aqibətini müəyyən etmək. ​Tədqiqat planlandığı kimi getsə də, onun qarşısına çıxan yunanlı əks-kəşfiyyat agenti sadəcə maneə deyil, bir kölgədir. Bu rəqib onun hər addımını əvvəlcədən görmüş, bütün izlərini silmiş və hər an onu ifşa etməyə hazırdır. ​Beynəlxalq təhlükəsizlik xidmətlərinin iştirak etdiyi bu ölüm-dirim oyununda Azərbaycanlı agent nəzarəti itirməyə başlasa da, heç gözləmədiyi anda ona kömək gəlir. * Başlama tarixi: 08.12.2025 Bitirmə...
TƏBİƏTİMİN PARÇASI  by Aurelia_0710
Aurelia_0710
  • WpView
    Reads 1,225
  • WpVote
    Votes 505
  • WpPart
    Parts 7
@Aurelia_0710 tərəfindən yazılan "TƏBİƏTİMİN PARÇASI" kitabının rəqəmsal hüquqları tam qorunur. Mətndən parça belə olsa, icazəsiz və mənbə göstərilmədən istifadə edilə bilməz. Qayda pozuntusu aşkarlandığı halda Wattpad rəhbərliyinə və aidiyyatı qurumlara şikayət olunacaqdır.🌺 -"Məni qorxudursan Aynişan çox mükəmməlsən, qorxulu olanda budu məni zəiflədirsən. Mənə demişdin sənə olan marağım bitməyim çalış bu marağı itir yoxsa mən sənə vurularam..." Hər kəsin bu dünyada bir sonluğu var, eynilə öz dünyası olduğu kimi... Bəs bir-birindən uzaq düşmüş iki fərqli ruh eyni təbiətin parçası ola bilərmi? Aynişanın zərifliyi və Cəsurun daxili qorxuları qarşı-qarşıya gəlir. Keçmişin silinmiş izləri, yalanlar, yanlış seçimlər və yarım qalmış bir sevgi... "Söz verirəm özümə... Bir daha belə sevmərəm." deyən bir qəlbin peşmanlıqla, çətinliklərlə və gizli qalan xatirələrlə dolu olan mübarizəsi. Keçmişin kölgəsində, bir-birini həm var edən, həm də zəiflədən iki insanın hekayəsi...
NƏRGİZ by lalezarr
lalezarr
  • WpView
    Reads 828
  • WpVote
    Votes 173
  • WpPart
    Parts 10
1997-ci ildə baş vermiş bir cinayət. Mərhumun oğlu ailəsini araşdırmağa başlasa, bu araşdırma onu cinayətkarın qızına aparsa, hadisələr necə davam edər? Nəticə dəyişərmi, ya elə həqiqət budur? Mövcud həqiqət varmı? - Tam olaraq cinayət necə baş verib? Hadisə sadəcə qətllə kifayətlənirmi? Kim bilə bilər? - Bir qətl neçə həyatın taleyini dəyişə bilər? Qeyd - Mövzu sadəcə cinayət üzərindən getmir.
Nekroz by aytacaliiyeva
aytacaliiyeva
  • WpView
    Reads 551
  • WpVote
    Votes 100
  • WpPart
    Parts 6
Bakıda başlayan naməlum yoluxma əvvəlcə adi virus kimi görünür. Qısa müddət sonra isə insanların davranışlarında izaholunmaz dəyişikliklər baş verir. Heç kim bunun necə başladığını bilmir. Heç kim bunun virus olub-olmadığına belə əmin deyil. Bəs nədir bu?
İpək  by Norvill
Norvill
  • WpView
    Reads 852
  • WpVote
    Votes 211
  • WpPart
    Parts 11
Dörd yaşında bir uşağın bütün dünyası bir anda dağıldı. Bir yol qəzası onun təkcə valideynlərini yox, uşaqlığını, gülüşünü və təhlükəsizlik hissini də əlindən aldı. Heç kimin sahib çıxmadığı balaca İpək uşaq evinə göndərildi. Orada keçən illər sevgi ilə deyil, soyuq divarlar, haqsızlıqlar və bitməyən göz yaşları ilə yadda qaldı. O, hər gecə bir gün həyatının dəyişəcəyinə inanaraq gözlərini yumurdu. Doqquz yaşında tale nəhayət onun üzünə gülümsədi. Nüfuzlu və varlı bir ailə İpəyi övladlığa götürdü. İlk dəfə özünü "ev" adlandıra biləcəyi bir yerdə yaşamağa başladı. Keçmişinin yaraları tam sağalmasa da, gələcəyə ümid etməyi öyrəndi. Hər kəs elə bilirdi ki, İpəyin kabus dolu həyatı artıq geridə qalıb. Lakin həyatın onun üçün hazırladığı ən böyük sirr hələ açılmamışdı... İpək on səkkiz yaşına çatdığı gün hər şey yenidən dəyişdi. Təsadüfən öyrəndiyi bir həqiqət illərlə gizlədilən sirləri üzə çıxardı. Valideynlərinin ölümü sadəcə adi bir yol qəzası deyildi. Onun keçmişi, əsl kimliyi və qarşısına çıxacaq insanlar İpəyi təhlükələrlə, xəyanətlərlə və gözlənilməz həqiqətlərlə dolu bir yolun başlanğıcına aparacaqdı. İndi İpək yalnız keçmişini öyrənmək üçün deyil, həm də öz taleyini yazmaq üçün mübarizə aparmalıdır. Çünki bəzi həqiqətlər insanı azad etmir... onları geri dönüşü olmayan bir oyunun içinə çəkir.
ASTER  |  SEZON FİNALINDA by Asterya03
Asterya03
  • WpView
    Reads 1,435
  • WpVote
    Votes 383
  • WpPart
    Parts 11
" Hər birimiz içimizdə olan şeytan ilə mübarizə apararıq. Kimimiz qalib gələrkən kimimiz o şeytanın köləsi olarıq. Bəs sən ? Şeytanın köləsimi olacaqsan ? Yoxsa, Şeytanın özümü ?" Kitabın düzənləməsi tamamilə bitmiştir. Bölümlərin tarixi yeni görünsə belə artıq uzun zamandırki yazılır və yazılmağa davam edir. Qaranlıq dünyanın sirli səhifələrini oxumağa hazırsınızmı ? Aster qatilinin işlədiyi cinayətlərə şahid olub Ölümün kimliyini tapmaq sizin üzərinizə düşür.
Kardio-Drama by apinkluna25
apinkluna25
  • WpView
    Reads 24,949
  • WpVote
    Votes 1,982
  • WpPart
    Parts 24
Bakının ən prestijli xəstəxanası olan DiaqnoMed klinikasında iki qütb nüfuz uğrunda bir-birilə əzəli rəqabət aparırdı : "Elitlər" və professional həkimlərdən ibarət olan "Qızıl Liqa" komandası. 4-cü kurs Tibb tələbəsi olan Simay isə burada assistantlığa başladığı ilk gündən etibarən bu iki komandanın, habelə iki məşhur cərrah arasındakı rəqabətin əsas oyunçusuna çevrilmişdi. Həkimlərarası əyləncəli xaoslarla, sevgi üçbucaqları və müxtəlif intriqalarla dolu olan bu klinikada insanı sağ saxlayan tək bir şey var idi: Heç qopmayan dostluq bağları.. Diqqət! Hekayəyə başlayarkən əllərimizi spirtləməyi unutmayaq, çünki buradakı xəstələrin heç də hamısı klinikanın pasientləri deyil..