ODLAR YURDUNUN GÖZƏLLİKLƏRİ
9 stories
İpək  by Norvill
Norvill
  • WpView
    Reads 794
  • WpVote
    Votes 206
  • WpPart
    Parts 11
Dörd yaşında bir uşağın bütün dünyası bir anda dağıldı. Bir yol qəzası onun təkcə valideynlərini yox, uşaqlığını, gülüşünü və təhlükəsizlik hissini də əlindən aldı. Heç kimin sahib çıxmadığı balaca İpək uşaq evinə göndərildi. Orada keçən illər sevgi ilə deyil, soyuq divarlar, haqsızlıqlar və bitməyən göz yaşları ilə yadda qaldı. O, hər gecə bir gün həyatının dəyişəcəyinə inanaraq gözlərini yumurdu. Doqquz yaşında tale nəhayət onun üzünə gülümsədi. Nüfuzlu və varlı bir ailə İpəyi övladlığa götürdü. İlk dəfə özünü "ev" adlandıra biləcəyi bir yerdə yaşamağa başladı. Keçmişinin yaraları tam sağalmasa da, gələcəyə ümid etməyi öyrəndi. Hər kəs elə bilirdi ki, İpəyin kabus dolu həyatı artıq geridə qalıb. Lakin həyatın onun üçün hazırladığı ən böyük sirr hələ açılmamışdı... İpək on səkkiz yaşına çatdığı gün hər şey yenidən dəyişdi. Təsadüfən öyrəndiyi bir həqiqət illərlə gizlədilən sirləri üzə çıxardı. Valideynlərinin ölümü sadəcə adi bir yol qəzası deyildi. Onun keçmişi, əsl kimliyi və qarşısına çıxacaq insanlar İpəyi təhlükələrlə, xəyanətlərlə və gözlənilməz həqiqətlərlə dolu bir yolun başlanğıcına aparacaqdı. İndi İpək yalnız keçmişini öyrənmək üçün deyil, həm də öz taleyini yazmaq üçün mübarizə aparmalıdır. Çünki bəzi həqiqətlər insanı azad etmir... onları geri dönüşü olmayan bir oyunun içinə çəkir.
AZADLIQ QUŞLARI  by Luminara__34
Luminara__34
  • WpView
    Reads 178
  • WpVote
    Votes 40
  • WpPart
    Parts 7
Azadlıq üçün canından keçənlərə
SON NƏFƏSƏ QƏDƏR (Düzənlənir) by aliyevaleyla6677
aliyevaleyla6677
  • WpView
    Reads 1,981
  • WpVote
    Votes 641
  • WpPart
    Parts 15
2030-cu il: İnsanlığın və qanunların süni intellektin rəqəmsal pəncəsində boğulduğu bir əsr... Ədalətin tamamilə külə döndüyü, hüquq kitablarının üzərini qalın bir toz təbəqəsinin örtdüyü və vicdanın yerini qəddar alqoritmlərin aldığı bir dünya. İnsanlar artıq öz talelərini deyil, onları idarə edən metal və kod yığınlarının əmrlərini yaşayırlar. Hər kəs bu soyuq cəhənnəmdə yox olacağı günü gözləyərkən, qaranlığı parçalayan tək bir şey var idi: Yarım qalmış, xarabalıqlar altında boğulmuş bir sevgi hekayəsi. Ədaləti yenidən inşa etmək asan olardımı? Yoxsa hər kəs, bu sevgini yarım qoyan rəqəmsal cəhənnəmin içində bir-bir fəna olacaqdı? Müəllif hüquqları qorunur.Əsərin kopyalanması başqa platformalarda paylaşılması qətiyyən qadağandır!Baş verdiyi təqdirdə hüquqi prosedur başladılacaq..
Aster  +18 by Asterya03
Asterya03
  • WpView
    Reads 1,362
  • WpVote
    Votes 365
  • WpPart
    Parts 10
" Hər birimiz içimizdə olan şeytan ilə mübarizə apararıq. Kimimiz qalib gələrkən kimimiz o şeytanın köləsi olarıq. Bəs sən ? Şeytanın köləsimi olacaqsan ? Yoxsa, Şeytanın özümü ?" Kitabın düzənləməsi tamamilə bitmiştir. Bölümlərin tarixi yeni görünsə belə artıq uzun zamandırki yazılır və yazılmağa davam edir. Qaranlıq dünyanın sirli səhifələrini oxumağa hazırsınızmı ? Aster qatilinin işlədiyi cinayətlərə şahid olub Ölümün kimliyini tapmaq sizin üzərinizə düşür.
QAN VƏ QARANLIQ  by Luminara__34
Luminara__34
  • WpView
    Reads 307
  • WpVote
    Votes 136
  • WpPart
    Parts 17
Bu kitab qaranlığın içində boğulanlara və oradan çıxmağa çalışıb çıxa bilməyənlərə Qan... Bəzi insanların bəsləndiyi və sevdiyi tək şeydir. Bir çox insanın gözünün yaşını tökən, fəryad qopardan və bu gözyaşlara, bu fəryadlar baxmayan, sadəcə həzz almaq üçün tökülən şeydir qan. Bəzən bir qisas üçün, bəzən də heç olmadıq düşmənliyiyi başlatmaq üçün. Qaranlıq... Bəzi insanların tək çıxış yeridir. Gözləmək üçün tək məzarıdır. Göz-gözü görməz, səs eşidilməz ancaq hüzur olar. O qaranlıqda bəzi insanlar hüzur tapar. Bəziləri geri çəkilər. Bəzi insanlar qəmlərini və hüzünlərini içində yaşadar. Bəlkə də, dünya yaşamaq üçün çox gözəl yerdir. Bizə cəhənnəm eləyənlər var. Bu fani dünyaya bir dəfə gəlirik deyə heç kim heç kimin həyatını qaraltmamalıdır. Bəli bu daha çox özünü hər yerdə "kişi" kimi bəyan edən, evdə qadınına, uşağına əl qaldıran acizdir. Kişi olmaq güclü olmaq demək deyil. Hər bir kişi qadınları qorumalıdır. O qadına vuran əlin sahibi anasına vurulmasını təbi ki istəməz. Nəysə həyata qarşı olan şikayətimizi elədiyimizə görə, sən. Bəli, bəli, sən. Oxuyucu. Bizimlə qaranlıq çökərtməyə hazırlasan?
𝕊𝕚𝕪𝕒𝕙 İ𝕞𝕫𝕒𝕝𝕒𝕣 𝐀𝐑𝐕𝐄𝐍(Tamamlandı) by aliyevaleyla6677
aliyevaleyla6677
  • WpView
    Reads 2,210
  • WpVote
    Votes 1,059
  • WpPart
    Parts 17
Bazen adalet, sevdiğin herkesi kaybetmenin bedelidir. Ve bazen en ağır imza, bir insanın kalbine nefretle atılan Siyah İmza'dır." "Hikayemin kopyasının çıkarılması başka platformlerde paylaşılması yasaktır! Böyle durum aşikâr olduğu gibi yasal süreç başlatılacaktır.."
121-Cİ ELEMENT (Tamamlandı) by apinkluna25
apinkluna25
  • WpView
    Reads 8,159
  • WpVote
    Votes 894
  • WpPart
    Parts 32
2050-ci il Bakısı: elektrikli maşınlar, neon işıqlarla bəzədilmiş binalar, kiçik dükanlar əvəzinə tikilmiş böyük MALL-lar, köhnə tikililəri əvəz edən böyük yaşayış kompleksləri.. Lakin bütün bu modern dəbdəbənin içində şəhəri qaranlığa qərq edən ani və silsilə ölümlər gənc müstəntiq olan Günəş Səmədovanı yeni bir istintaqın pəncəsinə atır. Bu ölümlərin arxasıyca düşən Günəş öz toy gecəsində xəyanətə məruz qaldığını öyrəndikdən dərhal sonra "təsadüfən" qarşısına gənc bir alim çıxır. Bu alim 25 yaşında professor titulu almış Şahin Monterro idi, hansı ki, Mendeleyev cədvəlinin 121-ci elementini kəşf etmək niyyətində idi. Lakin, gənc professorun tək hədəfi bu deyildi: Onu İtalyadan ata vətəninə- Azərbaycana gətirən çox daha dərin, intiqamla yoğrulmuş bir məqsəd var idi. Bu məqsəd isə həm Günəşi, həm də onun ailəsindəki hər kəsi görünməz "Səltənət Müharibəsinin" başroluna çevirəcəkdi.
NƏRGİZ by lalezarr
lalezarr
  • WpView
    Reads 751
  • WpVote
    Votes 160
  • WpPart
    Parts 9
1997-ci ildə baş vermiş bir cinayət. Mərhumun oğlu ailəsini araşdırmağa başlasa, bu araşdırma onu cinayətkarın qızına aparsa, hadisələr necə davam edər? Nəticə dəyişərmi, ya elə həqiqət budur? Mövcud həqiqət varmı? - Tam olaraq cinayət necə baş verib? Hadisə sadəcə qətllə kifayətlənirmi? Kim bilə bilər? - Bir qətl neçə həyatın taleyini dəyişə bilər? Qeyd - Mövzu sadəcə cinayət üzərindən getmir.