keerimovaaaa
RADİO AKSİYA ☢️
Bəzi yalanlar o qədər dərinə kök salır ki, onları üzə çıxarmaq üçün həyatını riskə atmalısan.
*
Dünyanın gələcəyini dəyişdirə biləcək kəşfin astanasında olan parlaq azərbaycanlı alim beynəlxalq bir seminar zamanı təyyarə qəzasında həlak olur. Rəsmi hesabat qəzanın səbəbini sadə bir xəta kimi göstərir.
Lakin, Milli Təhlükəsizlik Xidmətinin təcrübəli agenti olan alimin bacısı üçün, ölkəyə gətirilən soyuq cəsəd bütün protokolları üstələyən bir həqiqəti fısıldayır: Tabutdakı onun qardaşı deyil.
Qardaşının otağında aparılan gizli axtarış, onun ölümünün beynəlxalq bir sui-qəsdin başlanğıcı olduğunu sübut edir. Kəşfi ələ keçirmək istəyən qaranlıq qüvvələr qardaşı ilə birlikdə bu sirri də yox etməyə çalışır.
Ölkə rəhbərliyindən aldığı xüsusi icazə ilə agent, saxta kimlik altında təyyarənin qəzaya uğradığı Yunanıstan torpaqlarına yollanır. Hədəfi aydındır: Qardaşının aqibətini müəyyən etmək.
Tədqiqat planlandığı kimi getsə də, onun qarşısına çıxan yunanlı əks-kəşfiyyat agenti sadəcə maneə deyil, bir kölgədir. Bu rəqib onun hər addımını əvvəlcədən görmüş, bütün izlərini silmiş və hər an onu ifşa etməyə hazırdır.
Beynəlxalq təhlükəsizlik xidmətlərinin iştirak etdiyi bu ölüm-dirim oyununda Azərbaycanlı agent nəzarəti itirməyə başlasa da, heç gözləmədiyi anda ona kömək gəlir.
*
Başlama tarixi: 08.12.2025
Bitirmə...