Ən özəl dünyam♥️🌹✨️
11 stories
Yasəmən by efsanemmdzade26
efsanemmdzade26
  • WpView
    Reads 207
  • WpVote
    Votes 44
  • WpPart
    Parts 4
Yasəmən olan evdən yas əskik olmazmış... -Ya sən, ya mən. -Ha mən, ha sən? Həyatda üstümüzdəki qalaq olan dağıntılar başqa bir yaşamda özümüzə yuva bildiyimiz evin divarları ola bilərdi mi? Ayrılıqlar, ölümlər və yaslar özgə dünyadakı bizim əlimizdən süzülməkdə olan gerçək xoşbəxtliyin bir kiçik cəzasıdır mı yoxsa? XX əsrin ikinci on illiyində savaşın, qanın, acılı itkilərin ağuşunda tanış olan şəfqət bacısı və müəllimin yolları qısa müddət sonra yenidən isti bir ocaqda kəsişər. Bakının dar küçələrindən birində yerləşən bu kiçik yer sadəcə qələm əhli olan dostların yazılarının lal şahidi olmayacaqdı, onlarla həyatın kədər və sevincinə, nifrət və sevgisinə də yoldaşlıq edəcəkdi. Görəsən, tarixin tozlu səhifələrində itmiş bu ömürlər üçün tale hansı dünyada "Xoşbəxtlik" adlı hekayə yazıb? Ya da elə bir əsər, ümumiyyətlə, var mı? Paralel dünyalara inanırsınız mı? Elə isə keçmiş sizi gözləyir...
Zodiakın keşikçiləri - I (Tamamlandı.) by malioraaa
malioraaa
  • WpView
    Reads 3,435
  • WpVote
    Votes 808
  • WpPart
    Parts 34
Uşaqlıq illərinin günahsızlığı və iki fərqli dünya arasında qurulan qırılmaz bir bağ... Elerya və Eryas üçün hər şey nağıllardakı kimi başlamışdı. Lakin qaranlıq sirlər və intiqam alovu bu bağı darmadağın etməyə yetdi. Lənətlənmiş bir keçmişin kölgəsi Eleryanın yaddaşını oğurlayanda, Eryas onun üçün əlçatmaz bir qaranlığa - yanı başında duran, amma əsla görünməyən və eşidilməyən bir kölgəyə çevrildi. İllər sonra, keçmişin küllərindən doğan mistik bir pıçıltı Eleryanın reallığını kökündən sarsıdır. Gözlərindəki pərdə qalxdıqda, o, artıq yalnız kölgələri deyil, çiyinlərində daşımalı olduğu ağır taleyi də görməyə başlayır. Lakin həqiqəti bilmək həm də ən böyük təhlükədir. Zamanın və dünyaların tarazlığını qorumaq üçün Elerya ən yaxınlarına belə yalan danışmaq, ürəyindəki sirləri maskalamaq məcburiyyətindədir. 𖤓 "Eryas.." Nə deyəcəyimi bilmirdim ona. Belə sevilmək.. Onun tərəfindən bu şəkildə sevilmək çox gözəl idi. "Gözəlim, ulduzum mənim. Sən yanımda olduğun müddətcə Eryas Karlos var olmağa dəvam edəcək. Sən olmadığın bir dünya mənə lazım deyil. Dünyamı gözəlləşdirdiyin üçün, yanında rahat ola biləcəyim qədər özünə aşiq etdiyin üçün sənə təşəkkür edirəm. Səni ömrümün sonuna qədər sevəcəm. Öldükdən sonra belə sevməyə dəvam edəcəm ulduzum." 𖤓
Boş Palata by Mmdfvaa_16
Mmdfvaa_16
  • WpView
    Reads 2,270
  • WpVote
    Votes 981
  • WpPart
    Parts 12
Xərçəng xəstəsi olduğunu öyrənən Lara xəstəxanaya yerləşdirilir. Eyni xəstəxanada qalan Alp isə insanlarla ünsiyyətdən qaçan, öz dünyasına çəkilmiş bir gəncdir. Laranın xəstəxanaya gəlişi onun həyata baxış bucağını dəyişir. Laranın yaşamaq uğrunda apardığı mübarizə zamanla Alpın da mübarizəsinə çevrilir. İki yaralı ruhun yolları kəsişərkən ortaya bir sual çıxır: İnsan ən çıxılmaz anlarda nə ilə yaşayır - qorxu ilə, sevgi ilə, yoxsa ümidlə?
Sənin Əbədi Dostun  by keerimovaaaa
keerimovaaaa
  • WpView
    Reads 12,920
  • WpVote
    Votes 2,542
  • WpPart
    Parts 61
{İçinizi isidəcək şipşirin bir dostluq hekayəsi} 🪐 Qəlbim sanki onun ovuclarında sıxılıb, əzilirmiş kimi hiss edirdim, amma mən buna artıq alışmışdım. Mən onun dostu idim. Nə olursa olsun, sadəcə onun dostu olaraq da qalacaqdım. Eynən onun dediyi kimi.. -Sənin Əbədi Dostun..
𝕊𝕚𝕪𝕒𝕙 İ𝕞𝕫𝕒𝕝𝕒𝕣 𝐀𝐑𝐕𝐄𝐍(Tamamlandı) by aliyevaleyla6677
aliyevaleyla6677
  • WpView
    Reads 2,108
  • WpVote
    Votes 1,024
  • WpPart
    Parts 17
Bazen adalet, sevdiğin herkesi kaybetmenin bedelidir. Ve bazen en ağır imza, bir insanın kalbine nefretle atılan Siyah İmza'dır." "Hikayemin kopyasının çıkarılması başka platformlerde paylaşılması yasaktır! Böyle durum aşikâr olduğu gibi yasal süreç başlatılacaktır.."
121-Cİ ELEMENT (Tamamlandı) by apinkluna25
apinkluna25
  • WpView
    Reads 7,800
  • WpVote
    Votes 862
  • WpPart
    Parts 32
2050-ci il Bakısı: elektrikli maşınlar, neon işıqlarla bəzədilmiş binalar, kiçik dükanlar əvəzinə tikilmiş böyük MALL-lar, köhnə tikililəri əvəz edən böyük yaşayış kompleksləri.. Lakin bütün bu modern dəbdəbənin içində şəhəri qaranlığa qərq edən ani və silsilə ölümlər gənc müstəntiq olan Günəş Səmədovanı yeni bir istintaqın pəncəsinə atır. Bu ölümlərin arxasıyca düşən Günəş öz toy gecəsində xəyanətə məruz qaldığını öyrəndikdən dərhal sonra "təsadüfən" qarşısına gənc bir alim çıxır. Bu alim 25 yaşında professor titulu almış Şahin Monterro idi, hansı ki, Mendeleyev cədvəlinin 121-ci elementini kəşf etmək niyyətində idi. Lakin, gənc professorun tək hədəfi bu deyildi: Onu İtalyadan ata vətəninə- Azərbaycana gətirən çox daha dərin, intiqamla yoğrulmuş bir məqsəd var idi. Bu məqsəd isə həm Günəşi, həm də onun ailəsindəki hər kəsi görünməz "Səltənət Müharibəsinin" başroluna çevirəcəkdi.
Kardio-Drama by apinkluna25
apinkluna25
  • WpView
    Reads 10,768
  • WpVote
    Votes 883
  • WpPart
    Parts 18
Bakının ən prestijli xəstəxanası olan DiaqnoMed klinikasında iki qütb nüfuz uğrunda bir-birilə əzəli rəqabət aparırdı : "Elitlər" və professional həkimlərdən ibarət olan "Qızıl Liqa" komandası. 4-cü kurs Tibb tələbəsi olan Simay isə burada assistantlığa başladığı ilk gündən etibarən bu iki komandanın, habelə iki məşhur cərrah arasındakı rəqabətin əsas oyunçusuna çevrilmişdi. Həkimlərarası əyləncəli xaoslarla, sevgi üçbucaqları və müxtəlif intriqalarla dolu olan bu klinikada insanı sağ saxlayan tək bir şey var idi: Heç qopmayan dostluq bağları.. Diqqət! Hekayəyə başlayarkən əllərimizi spirtləməyi unutmayaq, çünki buradakı xəstələrin heç də hamısı klinikanın pasientləri deyil..
SINIQ TƏRƏZİ by efsanemmdzade26
efsanemmdzade26
  • WpView
    Reads 4,106
  • WpVote
    Votes 560
  • WpPart
    Parts 27
İllərlə eyni yuxunu görən Gülzarın həyatı bu il həmin yuxunu gördükdən sonra bir daha eyni olmamaq üzrə dəyişər. Sirli bir "oyun" zindanına məhbus olan bu gənc qadının məhbəs yoldaşı isə Azərdir. Bir prokuror qadın və mafiyanın oğlu olan vəkil. Qanlı cisimləri və pak ruhları olan bu iki insanın həyatları da, duyğuları da cisimləri və ruhları kimi zidd idi. Xilasları bir-birində, ölümləri bir-birində idi. Keçmişin acıları, bu günün qorxuları və gələcəyin bilinməzliyi onları hər gün bir az daha məhv edirdi, hər gün bir az daha yaşam nəfəsi verirdi. Ailələrinin günahlarının və xətalarının cəzasına qurban seçilmiş bu iki gənc sirli "oyun"un pəncəsindən qurtuluş axtardıqca başqa zindanların da əsiri olacaqdırlar. Bəs bu sirli "oyun"da əsl qurucu kimdir, oyuncu kimdir? Bədbəxtlik bataqlığına düçar olan kimdir, xoşbəxtlik yağışında islanan kimdir? Qalib kimdir, məğlub kimdir?
Qanlı Qədəh (TAMAMLANDI) by revanekerimova1
revanekerimova1
  • WpView
    Reads 40,320
  • WpVote
    Votes 3,090
  • WpPart
    Parts 39
"Qanlı Qədəh" adı ilə Wattpad'da yayımlanan ilk və tək Azərbaycan dilində kitabdır. Hər hansı bir surətin çıxarılması,kopyalanması, alıntı halında dərhal hüquqi proses başlanacaq. Bu kitabın adına da (Türkcə/Azərbaycanca) daxildir. Bir neçə bənzər adlar görürəm artıq. Davam etdiyi təqdirdə avtomatik şikayət edəcəm. 🍷 "Kanlı Kadeh" ismiyle Wattpad'de yayımlanan ilk ve tek Azerbaycan dilinde kitaptır. Her hangi bir kopyalanma olayında/durumunda hemen yasal işlemler başlatılacaktır. Eşq qırmızı şərab kimidir. Bir qədəh içdinsə bir daha əl çəkə bilmirsən.🍷