Zeynab_writer
- مقروء 1,242
- صوت 322
- فصول 14
Müəllif hüquqları qorunur, hər hansı bir kopyalanma halı baş verərsə, hüquqi proses başladılacaq!
2029-cu il...
Azərbaycanda cinayətlərin sayının pik həddə çatdığı dövr...
Və bu cinayətləri araşdıran, vəkillər, prokurorlar, müstəntiqlər...
Onların içərisində ən çox tanınanlardan olan,
Cinayət Vəkili Gülnar Cabbarlı, Baş Prokuror Aras Həsənov, Müstəntiq İlkin Mürsəlov, və Cinayətin Hakimi son qərarı təyin edən Samir İsayev.
Onların bir arada olmasının səbəbi, illər əvvəl atalarını itirmiş Gülnar və Sevinc idi.
2019-cu ildə qətlə yetirilmiş atalarını siravi bir insanın öldürdüyünü düşünən iki qadın, əslində, illər sonra xarici dövlətlərlə qanunsuz ticarətdə olan, və atalarını qumar üstündə öldürən Polad Qocaqurd və oğlu Cəsur Qocaqurdula rastaşmışdılar.
Əsl qumar oyunun bu zaman başlamasından xəbərsiz Cəsurun bacısı cəsarətlənərək, Gülnarın bacısı baş həkim Sevinci zəhərlədikdə, onların ilk qarşıdurması başlamışdı.
Əyər bu qarşı durmanın bitişi ilə kitabın yekunlaşacağını düşünürsənsə yanılırsan. Çünki cinayətlərin pik həddə çatdığı bir dövrdə kitabı bir cinayət ilə yekunlaşdırmaq mənə yaraşmaz. Gəlin və olacaq cinayətlərin kuliminasiya nöqtələrini açılışını bizlərlə görün.
+13