Tarixi romanlar
7 stories
Yoldaş Qətiyyət  by Polonium-210
Polonium-210
  • WpView
    Reads 248
  • WpVote
    Votes 168
  • WpPart
    Parts 22
"Çörək Üsyanı: Bir insanın susqunluğu min insanı ac qoyar" Qətiyyətli insanlar kimdir? Qətiyyət nədir? Qətiyyət, insan xarakterinin polad sütunudur. O, sadəcə qərar vermək deyil, verilən qərarın arxasında dağ kimi dayanmaq sənətidir. Dünya tarixi öz taleyini başqalarının ixtiyarına buraxanların deyil, "yox" deməyi bacaran və inandığı dəyərlər uğrunda sona qədər gedən qətiyyətli insanların çiyinlərində yüksəlmişdir. Aydınlıq: Nə istədiyini dəqiq bilmək. Cəsarət: Uğursuzluq qorxusunu yenərək ilk addımı atmaq.Davamlılıq: Çətinlik anında geri çəkilməmək. Qətiyyətli insanlar dedikdə, sadəcə inadkar şəxslər başa düşülməməlidir. İnadkarlıq kor-koranə bir dirəniş olduğu halda, qətiyyət şüurlu bir seçimdir. Onların öz prinsipləri və sərhədləri var. Məqsədlərinə xidmət etməyən və ya dəyərlərinə zidd olan təklifləri nəzakətlə, lakin qəti şəkildə rədd edirlər. Maneələri pilləkən kimi görürlər Uğursuzluq onlar üçün yolun sonu deyil, sadəcə öyrənmə prosesinin bir hissəsidir.
Yalançı Cənnət  by moonstory05
moonstory05
  • WpView
    Reads 277
  • WpVote
    Votes 43
  • WpPart
    Parts 10
Baş qəhrəmanlar : Yuri Vasiliyeviç Kuznetsov Leyla Məmmədova Hekayə 1825 - 1837 illəri əhatə edir . Hekayə qızımızın əsir düşməsi ilə başlayır . Və Bu əsirlikdə çarlıq generalı ilə arasında yaşanan gərgin eyni zamanda çəkişməli , təhlükəli və duyğusal yaxınlaşma ilə davam edir . Hər kəsə xoş oxumalar !
QIZIL MƏRMİ by Thejunios
Thejunios
  • WpView
    Reads 256
  • WpVote
    Votes 39
  • WpPart
    Parts 11
"Bəzən qəhrəmanlıq qanadlarımızı yox, ürəyimizi gücləndirir." 1992-ci ildə Şuşa işğalı zamanı valideynlərini itirən Rüzgar Səmədova, uşaq yaşında yaşadığı bu böyük acını ömrü boyu ürəyində daşıdı. Hər xatirəsi, hər sükut anı, itkinliklə dolu bir boşluq kimi onun ruhunda iz buraxdı. İllər keçdi, amma yaddaşındakı ağrı silinmədi. 2020-ci ildə yeni müharibənin başlayacağını eşidəndə Rüzgar, qadın gücünü, cəsarətini və vətən sevgisini birləşdirərək, qorxuya məhəl qoymadan döyüşə yollanmağa qərar verdi. O, yalnız özünü deyil, keçmişinin yükünü, itirdiyi hər şeyi və gələcək nəsillər üçün əbədiyyətə çevriləcək bir qəhrəmanlığı da daşıyırdı. Rüzgarın adı artıq yalnız bir insanın adı deyildi; o, doğma torpaqların qoruyucusu, acının və ümidin simvolu idi.
Ölüm Sarayı  by Lyrianna_722
Lyrianna_722
  • WpView
    Reads 21
  • WpVote
    Votes 7
  • WpPart
    Parts 1
Isabelle Fabre - krallıqlar arasında doğulan, adı qanla yazılmış bir körpə... O, gözlərini Parisdə, müharibənin alovları içində açdı. Həmin müqəddəs gecə isə onun taleyini dəyişdi - Isabelle yetim qaldı. Taleyin amansız küləkləri onu camaatın "Zümrüd meşəsi" adlandırdığı sirli bir diyara apardı. Orada o, təkcə yaşamağı deyil, həm də həyata qarşı savaşmağı öyrəndi...
Pəri Səfəvi by fakhriia
fakhriia
  • WpView
    Reads 15,360
  • WpVote
    Votes 2,572
  • WpPart
    Parts 48
Siz heç ölümdən sonra oyanmısınız? Üstəlik, 500 il əvvəldə... 21ci əsrdə, məhəllə evində yaşayan, sıradan ailənin qızı olan Pəri keçirdiyi maşın qəzası nəticəsində həyatını itirir. Lakin, 16cı əsr Səfəvilər dövlətinin sarayında Şah qızı Pərixan olaraq yenidən həyata dönür. Səfəvi imperiyasının ehtişamı, xəncərlərin kölgəsində qurulan planlar və zamanı qabaqlayan bir zəka... Gələcəkdən keçmişə... Səfəvi sarayının ağır qapıları sizin üçün açılır.. 04.03.2026 Qeyd: Kitab Səfəvilər dövlətinin tarixindən ilhamlanaraq yazılmışdır.
Zülmət-İ Sükut by Azariya_222
Azariya_222
  • WpView
    Reads 58
  • WpVote
    Votes 15
  • WpPart
    Parts 3
"Hər bir parıltı nur deyil, hər bir sükut da hüzur... Bəzən ən böyük fəryadlar buzun altında boğulanlardır." 1823-cü il. Sankt-Peterburq. Rusiya İmperiyasının qəlbi sayılan Qış Sarayında musiqi səsləri kəsilir, amma rəqs dayanmır. Çilçıraqların qızılı işığı altında zadəganlar bir-bir sönür. Bu, nə bir xəstəlikdir, nə də bir sui-qəsd. Bu, ruhun buz bağlamasıdır. İmperator I Aleksandr taxtın soyuq mərmərinə sığınıb öz günahları ilə üzləşərkən, gənc həkim Aleksey Volkonski sarayın qaranlıq dəhlizlərində bu dəhşətli sükutun izini qovur. Romanovlar sülaləsinin 300 illik ehtişamı indi bir lənətin pəncəsindədir. Neva çayı donur, vicdanlar donur, zaman donur... Sizcə, ölüm nəfəsin kəsilməsidir, yoxsa səsin yox olması?
⚰️CANLI TABUT by By_Gulnara_Aghayeva
By_Gulnara_Aghayeva
  • WpView
    Reads 449
  • WpVote
    Votes 144
  • WpPart
    Parts 22
Həyat ilə ölüm arasında sıxışıb qalan bir qadının hekayəsi... Bəzən ölü hesab edilirsən. Əslində isə, içində fırtınalar qopur. Lakin, heç kim səni eşitmir. Anadangəlmə katalepsiya xəstəlyi ilə doğulan Sarita ara-ara bədən olaraq donur, nəfəsi yoxa çıxır və səsi batırdı. Ancaq, o, ölü sayılmazdı. Sadəcə, heç kim onun yaşadığına inanmırdı. Uşaqlığından canlı olaraq tabuta qoyulduğu günə kimi həyata tutunmağa davam edən bu qız ən məsut olduğu gündə anidən nəfəs almağı dayandırdığı üçün ölüm şəhadətnaməsi verilir. Sarita artıq hər şeyin bitdiyi bir nöqtəyə gəldiyini anlayır. İçində çırpınan ruhu səssizliyə məhkum bir ömür keçirsə belə, əslində, o, hələ də yaşamağa davam edir. Baxmayaraq ki, insanlar onun sükutuna hər daim kar olmuşdular. Bu hekayə bir qadının içində ölməyən diriliyin, sevginin, qorxunun və gerçəkliyin hekayəsidir. O, nə tam ölüdür, nə də tam diri. O, canlı bir tabutdur. Gənc qızın içində gizlənmiş bir sirr, sükutunun içində isə çırpınan bir bədən var olmaqdadır. Bəs, sən onun son nəfəsini eşidə biləcəksənmi?