Azərbaycan İnciləri✨️
16 stories
Valeria şatosu by k1laraa
k1laraa
  • WpView
    Reads 360
  • WpVote
    Votes 220
  • WpPart
    Parts 10
Atasının xəstəliyi ilə bağlı Vermont'dan ayrılan Aurora, yolda qar fırtınasına yaxalanır və yolunu azır. Taleh onu Şatonun yolunnan salar və həyat mübarizəsi aparar. Ruhlar, gizli sirlər, və böyük şato Auroranın yolunu gözləyir. Aurora şatoda qaldığı müddətdə həm öz həyatı, həm də bu yerin dəhşətli keçmişi ilə mübarizə aparmalı olacaq.
İTKİN HƏQİQƏT by aliyevaleyla6677
aliyevaleyla6677
  • WpView
    Reads 269
  • WpVote
    Votes 47
  • WpPart
    Parts 3
Altı il əvvəl baş vermiş və üstü örtülmüş bir cinayətin izinə düşən baş detektiv Nərgiz Zərgərli araşdırma dərinləşdikcə dəhşətli bir həqiqətlə üzləşir: ölümü ilə bağlı bütün sübutlar saxtadır və ölmüş hesab edilən şəxs əslində sağdır - özü də Nərgizin heç vaxt təxmin edə bilməyəcəyi biridir. Lakin həqiqətə aparan yolda onun qarşısında daim eyni maneə dayanır: vəkil Fərhad Xəlilov. Nərgiz hər addımda onun müdaxiləsi ilə qarşılaşdıqca, cinayətin arxasındakı sirrin Fərhadla nə qədər bağlı olduğunu anlamağa başlayır. Müəllif hüquqları qorunur.Əsərin kopyalanması başqa platformalarda paylaşılması qətiyyən qadağandır!Baş verdiyi təqdirdə hüquqi prosedur başladılacaq.
İyirmidən Geriyə  by keerimovaaaa
keerimovaaaa
  • WpView
    Reads 4,699
  • WpVote
    Votes 520
  • WpPart
    Parts 9
19 may, 2026. ✮ Bütün dünyanın onun ətrafında döndüyünü sanan Yasəmən üçün universitetdən sonrakı həyat tam mənası ilə qayğısız bir əyləncədən ibarət idi. Lakin atasının səbr kasasını daşıran sonuncu avtomobil qəzası hər şeyi alt-üst edir. Cəza olaraq bütün imkanları və lüks həyatı əlindən alınan Yasəmən, tək bir çamadanla Gəncədəki bibisinin yanına sürgün edilir. ​Bakının parıltılı dünyasından Gəncənin qızmar yay istisinə düşən gənc qızı burada tamamilə yad bir mühit və əsla yola gedə bilməyəcəyi yeni insanlar qarşılayır. Həyatında ilk dəfə ayaqları üzərində durmağa çalışan hər addımında yeni bir bəlaya bulaşan bu şəhərli qızın Gəncə məhəlləsinə ayaq uydurmaqdan başqa çarəsi yoxdur. Amma bilmədiyi bir şey var; Onun gəlişi məhəllədə uzun zamandır üstü gizlədilən bir planın da fitilini atəşləyir. ✮ Başlama tarixi: 15 mart, 2026. Bitirmə..
QƏFİL YAZ by springdolphin
springdolphin
  • WpView
    Reads 6,952
  • WpVote
    Votes 1,627
  • WpPart
    Parts 14
Bəzən həyatın ən gözlənilməz anlarında, qışın soyuğundan sonra içimizə sızan bir Bahar olur. Qəfil başlayan, amma dərin izlər buraxan bir eşqlə doludur. Hər baxış, hər söz, sanki əvvəlcədən planlanmış bir möcüzədir ... ****** Güclü soyuqladığı üçün universitetin son kursuna bir neçə həftə gec başlayan Ruxsar geri döndüyündə hər şey əvvəlki kimidir. Eyni dostlar, eyni universitet həyatı... Sadəcə bir fərqlə - hər kəs bir nəfərdən danışır. Universitetdə qısa müddətdə məşhurlaşmış o oğlan. Onun adı ilə tez-tez qarşılaşsa da, yollarının kəsişəcəyini heç düşünmür. Ta ki təsadüfən oğlanın şəxsiyyət vəsiqəsini tapana qədər. Kiçik bir təsadüf ilə başlayan tanışlıqdan sonra isə hər şey dəyişməyə başlayır. Oğlan tez-tez qızın qarşısına çıxır, onunla danışmağa bəhanələr tapır, yaxınlaşmağa çalışır. Universitetdə hər kəsin diqqətini çəkən biri olduğu halda, ilk dəfə bir nəfərə qarşı fərqli hiss etməyə başlayır. Ruxsar ilk başda bu vəziyyətdən heç məmnun qalmır. Hər dəfə onu özündən uzaqlaşdırmağa çalışır. Amma sonra, vəziyyət onun üçün də dəyişməyə başlayır. ****** Kitabın adının,mövzusunun kopyalanması və ya bənzər ad qoyulması qadağandır !
Yaxınlıqdan Uzaqlığa  by Perii135263
Perii135263
  • WpView
    Reads 1,168
  • WpVote
    Votes 231
  • WpPart
    Parts 9
Keçmişin əsiri olan və öz keçmişinə görə işindən ayrılan kriminalist, bir gecə baş vermiş dəhşətli cinayətə görə işinə geri qayıdır. Bu cinayəti araşdırmaq və cinayətkarı tapmaq ona tapşırılır. Amma bu cinayətdən sonra başqa cinayətlər də baş verir. Hər bir cinayətdə psixoloji mesajlar tapılır. Və bir gecə ilə gənc kriminalistin həyatı dəyişir...
121-Cİ ELEMENT (Tamamlandı) by apinkluna25
apinkluna25
  • WpView
    Reads 8,391
  • WpVote
    Votes 921
  • WpPart
    Parts 32
2050-ci il Bakısı: elektrikli maşınlar, neon işıqlarla bəzədilmiş binalar, kiçik dükanlar əvəzinə tikilmiş böyük MALL-lar, köhnə tikililəri əvəz edən böyük yaşayış kompleksləri.. Lakin bütün bu modern dəbdəbənin içində şəhəri qaranlığa qərq edən ani və silsilə ölümlər gənc müstəntiq olan Günəş Səmədovanı yeni bir istintaqın pəncəsinə atır. Bu ölümlərin arxasıyca düşən Günəş öz toy gecəsində xəyanətə məruz qaldığını öyrəndikdən dərhal sonra "təsadüfən" qarşısına gənc bir alim çıxır. Bu alim 25 yaşında professor titulu almış Şahin Monterro idi, hansı ki, Mendeleyev cədvəlinin 121-ci elementini kəşf etmək niyyətində idi. Lakin, gənc professorun tək hədəfi bu deyildi: Onu İtalyadan ata vətəninə- Azərbaycana gətirən çox daha dərin, intiqamla yoğrulmuş bir məqsəd var idi. Bu məqsəd isə həm Günəşi, həm də onun ailəsindəki hər kəsi görünməz "Səltənət Müharibəsinin" başroluna çevirəcəkdi.
Kardio-Drama by apinkluna25
apinkluna25
  • WpView
    Reads 22,658
  • WpVote
    Votes 1,837
  • WpPart
    Parts 23
Bakının ən prestijli xəstəxanası olan DiaqnoMed klinikasında iki qütb nüfuz uğrunda bir-birilə əzəli rəqabət aparırdı : "Elitlər" və professional həkimlərdən ibarət olan "Qızıl Liqa" komandası. 4-cü kurs Tibb tələbəsi olan Simay isə burada assistantlığa başladığı ilk gündən etibarən bu iki komandanın, habelə iki məşhur cərrah arasındakı rəqabətin əsas oyunçusuna çevrilmişdi. Həkimlərarası əyləncəli xaoslarla, sevgi üçbucaqları və müxtəlif intriqalarla dolu olan bu klinikada insanı sağ saxlayan tək bir şey var idi: Heç qopmayan dostluq bağları.. Diqqət! Hekayəyə başlayarkən əllərimizi spirtləməyi unutmayaq, çünki buradakı xəstələrin heç də hamısı klinikanın pasientləri deyil..
Gizli Qalibiyyət  by Zeynab_writer
Zeynab_writer
  • WpView
    Reads 1,248
  • WpVote
    Votes 323
  • WpPart
    Parts 14
Müəllif hüquqları qorunur, hər hansı bir kopyalanma halı baş verərsə, hüquqi proses başladılacaq! 2029-cu il... Azərbaycanda cinayətlərin sayının pik həddə çatdığı dövr... Və bu cinayətləri araşdıran, vəkillər, prokurorlar, müstəntiqlər... Onların içərisində ən çox tanınanlardan olan, Cinayət Vəkili Gülnar Cabbarlı, Baş Prokuror Aras Həsənov, Müstəntiq İlkin Mürsəlov, və Cinayətin Hakimi son qərarı təyin edən Samir İsayev. Onların bir arada olmasının səbəbi, illər əvvəl atalarını itirmiş Gülnar və Sevinc idi. 2019-cu ildə qətlə yetirilmiş atalarını siravi bir insanın öldürdüyünü düşünən iki qadın, əslində, illər sonra xarici dövlətlərlə qanunsuz ticarətdə olan, və atalarını qumar üstündə öldürən Polad Qocaqurd və oğlu Cəsur Qocaqurdula rastaşmışdılar. Əsl qumar oyunun bu zaman başlamasından xəbərsiz Cəsurun bacısı cəsarətlənərək, Gülnarın bacısı baş həkim Sevinci zəhərlədikdə, onların ilk qarşıdurması başlamışdı. Əyər bu qarşı durmanın bitişi ilə kitabın yekunlaşacağını düşünürsənsə yanılırsan. Çünki cinayətlərin pik həddə çatdığı bir dövrdə kitabı bir cinayət ilə yekunlaşdırmaq mənə yaraşmaz. Gəlin və olacaq cinayətlərin kuliminasiya nöqtələrini açılışını bizlərlə görün. +13
Parçalanmış Həyatlar . by afetyazarr
afetyazarr
  • WpView
    Reads 520
  • WpVote
    Votes 116
  • WpPart
    Parts 11
qarışıq bir hekayə. Bədbəxtliyin pəncəsində olan Mehrinin Oğuz ilə tanışlığı. Onların bir birinə dərman olması haqda mövzu