ladypppp's Reading List
4 stories
Kardio-Drama by apinkluna25
apinkluna25
  • WpView
    Reads 22,701
  • WpVote
    Votes 1,839
  • WpPart
    Parts 23
Bakının ən prestijli xəstəxanası olan DiaqnoMed klinikasında iki qütb nüfuz uğrunda bir-birilə əzəli rəqabət aparırdı : "Elitlər" və professional həkimlərdən ibarət olan "Qızıl Liqa" komandası. 4-cü kurs Tibb tələbəsi olan Simay isə burada assistantlığa başladığı ilk gündən etibarən bu iki komandanın, habelə iki məşhur cərrah arasındakı rəqabətin əsas oyunçusuna çevrilmişdi. Həkimlərarası əyləncəli xaoslarla, sevgi üçbucaqları və müxtəlif intriqalarla dolu olan bu klinikada insanı sağ saxlayan tək bir şey var idi: Heç qopmayan dostluq bağları.. Diqqət! Hekayəyə başlayarkən əllərimizi spirtləməyi unutmayaq, çünki buradakı xəstələrin heç də hamısı klinikanın pasientləri deyil..
Sınıq Tərəzi by efsanemmdzade26
efsanemmdzade26
  • WpView
    Reads 4,559
  • WpVote
    Votes 649
  • WpPart
    Parts 27
İllərlə eyni yuxunu görən Gülzarın həyatı bu il həmin yuxunu gördükdən sonra bir daha eyni olmamaq üzrə dəyişər. Sirli bir "oyun" zindanına məhbus olan bu gənc qadının məhbəs yoldaşı isə Azərdir. Bir prokuror qadın və mafiyanın oğlu olan vəkil. Qanlı cisimləri və pak ruhları olan bu iki insanın həyatları da, duyğuları da cisimləri və ruhları kimi zidd idi. Xilasları bir-birində, ölümləri bir-birində idi. Keçmişin acıları, bu günün qorxuları və gələcəyin bilinməzliyi onları hər gün bir az daha məhv edirdi, hər gün bir az daha yaşam nəfəsi verirdi. Ailələrinin günahlarının və xətalarının cəzasına qurban seçilmiş bu iki gənc sirli "oyun"un pəncəsindən qurtuluş axtardıqca başqa zindanların da əsiri olacaqdırlar. Bəs bu sirli "oyun"da əsl qurucu kimdir, oyuncu kimdir? Bədbəxtlik bataqlığına düçar olan kimdir, xoşbəxtlik yağışında islanan kimdir? Qalib kimdir, məğlub kimdir?
QƏFİL YAZ by springdolphin
springdolphin
  • WpView
    Reads 6,954
  • WpVote
    Votes 1,627
  • WpPart
    Parts 14
Bəzən həyatın ən gözlənilməz anlarında, qışın soyuğundan sonra içimizə sızan bir Bahar olur. Qəfil başlayan, amma dərin izlər buraxan bir eşqlə doludur. Hər baxış, hər söz, sanki əvvəlcədən planlanmış bir möcüzədir ... ****** Güclü soyuqladığı üçün universitetin son kursuna bir neçə həftə gec başlayan Ruxsar geri döndüyündə hər şey əvvəlki kimidir. Eyni dostlar, eyni universitet həyatı... Sadəcə bir fərqlə - hər kəs bir nəfərdən danışır. Universitetdə qısa müddətdə məşhurlaşmış o oğlan. Onun adı ilə tez-tez qarşılaşsa da, yollarının kəsişəcəyini heç düşünmür. Ta ki təsadüfən oğlanın şəxsiyyət vəsiqəsini tapana qədər. Kiçik bir təsadüf ilə başlayan tanışlıqdan sonra isə hər şey dəyişməyə başlayır. Oğlan tez-tez qızın qarşısına çıxır, onunla danışmağa bəhanələr tapır, yaxınlaşmağa çalışır. Universitetdə hər kəsin diqqətini çəkən biri olduğu halda, ilk dəfə bir nəfərə qarşı fərqli hiss etməyə başlayır. Ruxsar ilk başda bu vəziyyətdən heç məmnun qalmır. Hər dəfə onu özündən uzaqlaşdırmağa çalışır. Amma sonra, vəziyyət onun üçün də dəyişməyə başlayır. ****** Kitabın adının,mövzusunun kopyalanması və ya bənzər ad qoyulması qadağandır !
Qanlı Qədəh (TAMAMLANDI) by revanekerimova1
revanekerimova1
  • WpView
    Reads 42,888
  • WpVote
    Votes 3,225
  • WpPart
    Parts 39
"Qanlı Qədəh" adı ilə Wattpad'da yayımlanan ilk və tək Azərbaycan dilində kitabdır. Hər hansı bir surətin çıxarılması,kopyalanması, alıntı halında dərhal hüquqi proses başlanacaq. Bu kitabın adına da (Türkcə/Azərbaycanca) daxildir. Bir neçə bənzər adlar görürəm artıq. Davam etdiyi təqdirdə avtomatik şikayət edəcəm. 🍷 "Kanlı Kadeh" ismiyle Wattpad'de yayımlanan ilk ve tek Azerbaycan dilinde kitaptır. Her hangi bir kopyalanma olayında/durumunda hemen yasal işlemler başlatılacaktır. Eşq qırmızı şərab kimidir. Bir qədəh içdinsə bir daha əl çəkə bilmirsən.🍷