En sevdiyim kitablar.
7 stories
Tərk edilmiş ürək by JasminSRK
JasminSRK
  • WpView
    Reads 4,205
  • WpVote
    Votes 534
  • WpPart
    Parts 29
Ya ummadığın zamanda ummadığın birinə aşiq olsan?... Kim demiş ki sevgi hər zaman xoşbəxtlik vəd edir. Bəzən özün də bilmədən yalnış insana aşiq olarsan və bununla da bütün həyatın dəyişər. Nəfəs aldığın müddət ərzində yaşayırsan. Yaşadığın müddət ərzində isə yaralanırsan. Özünü sevginin yaralarından qoru... ♦Oxuduqca Vote vermeyi unutmayın :) Təşəkkürlər... Yazar: Eliyeva Yasemen. © İzn alınmadan hekayənin mövzusu götürülə nə də dəyişdirilərək yazıla bilməz!
Son dəfə... by JasminSRK
JasminSRK
  • WpView
    Reads 4,670
  • WpVote
    Votes 850
  • WpPart
    Parts 45
Bir yanda kiçik qəza ilə bütün həyatı dəyişən Səbinə, bir yanda isə həyatda bütün gözəlliklərdən əlini üzmüş Murad. Səbinə öz həyat sevgisi ilə Muradın diqqətini çəkə biləcəkmi? Murad hələ də vəfat etmiş keçmiş sevgilisi Səbinəni sevərkən qarşısına çıxan bu Səbinə ilə təəccüb içində qalar. Bu Səbinənin vəfat edən Səbinə ilə bənzərliyi nədir və onları hansı sirr birləşdirir? Zamanla Muradın şirkətində katibə işləyən Səbinə Murada vurular və zamanla Muradın sirr kimi saxladığı xəstəliyindən xəbər tutunca bunu araşdırmağa başlar. Bir yanda isə Muraddan olduqca fərqli olan Kamal. O, həyatı sevir, deyir, gülür və Səbinəni sonuna qədər sevir. Murad ilə qəti arası olmayan Kamal keçmişdə buraxdığı səhvlərin cəzasını çəkir. Həyatının tam olduğunu düşünən, atasının onu və anasını tərk etdiyini düşünən Səbinə zamanla ailəsi haqqında gerçəkləri öyrənər və bütün həyatı alt-üst olar. ©Yazar: Eliyeva Yasəmən •Hekayənin bütün haqqları qorunur!
Unutsam xatırlat by JasminSRK
JasminSRK
  • WpView
    Reads 628
  • WpVote
    Votes 85
  • WpPart
    Parts 26
"O, şimal və cənub qütbü qədər, isti və soyuq qədər fərqli idi. O, özün-özündən saniyələr ərzində fərqlənirdi. Sevdiyim adamın fərqliliyi məni ondan ayırmağı bacarmadı. Yanında qaldım və mübarizə apardım". Atası və anası ilə bir evdə yaşayan Dəniz ailənin ikinci qızı idi. Atası ilə pis münasibətlərinin əksinə anası ilə olduqca dost idi. Həyatı adi, sıradan qızların həyatından heç nə ilə fərqlənmirdi. Ta ki o günə qədər... Yaşıl gözlərinin içindəki meşədə hər baxışda itən Dəniz onun gözlərinin əsiri olmuşdu. Ona olan hisslərini gizləyib, yoluna davam etmək istədikcə qəlbindəki hisslər daha da artırdı. Ürəyini partladacaq dərəcəyə çatanda Dəniz həyatın acı gerçəkləri ilə qarşılaşdı. İndi ya bu gerçəkdən qaçmalı, ya da qalıb mübarizə aparmalı idi. Göz yaşları, ürək ağrısı, dərin hüzn və əzab...Sevgidən ona qalan parçalarla həyatına davam etmək o qədər də asan olmayacaqdı. Aldığı hər nəfəsdə xatirələri şüşə qırıntıları kimi sinəsinə batacaqdı. Beyni ona isyan edənə qədər xatırlayacaqdı. Unutmaq asan deyildi...Ya da ümumiyyətlə unutmalı idimi? Sevdiyi adamı,sevgisini, onunla keçən zamanı, onun gülüşünü, saçlarının ətrini, gözlərinin çəmən yaşıllığını...Unutmaq şərt idimi? Tərk edilmək,tək buraxılmaq,aldadılmaq- adını hər nə qoyurdularsa qoysunlar onun üçün fərq etməzdi. Nəticə olaraq Dəniz onu sevirdi,hər zaman sevmişdi. Ondan vazkeçdiyi bir an belə olmamışdı. ••• Dəniz bütün bunlarla öz daxilində mübarizə apararkən o, ona öz yardım əlini uzatmaq istədi. Doktor Vüsal ilk baxışdan Dənizin onun üçün bir pasientdən daha artıq biri olduğunu anlamışdı. Amma Dəniz də onun üçün eynisini nə zamansa hiss edəcəkdimi? Yoxsa xatirələrində onunla yaşayan sevdiyinin ardıncamı gedəcəkdi?
Ən by mesudejabbar1
mesudejabbar1
  • WpView
    Reads 342,518
  • WpVote
    Votes 21,402
  • WpPart
    Parts 75
ardını yükləyimmi?
Bir arzu tut by mesudejabbar1
mesudejabbar1
  • WpView
    Reads 57,782
  • WpVote
    Votes 3,709
  • WpPart
    Parts 18
Aciz qalan Ulduzlar by mesudejabbar1
mesudejabbar1
  • WpView
    Reads 84,979
  • WpVote
    Votes 2,675
  • WpPart
    Parts 4
Sətirlərdə ümid tap..
3 günlük gelin by ayselomars
ayselomars
  • WpView
    Reads 22,798
  • WpVote
    Votes 2,156
  • WpPart
    Parts 22
"Heyatım mehv oldu. Ve ede bileceyim heç bir şey yox." "Hansı heyatı deyirsen? Seni satan en yaxın refiqe, bir sehvinde seni silen nişanlın, üzüne bele baxmayan valideynlerin? Yaxşıki de mehv olub mence." "Sen ümumiyyetle bilirsen men kimin qızıyam?" *** Heyatını bir gecede alt-üst eden Şebnem bu da bes etmez kimi hemin geceden heç ne xatırlamaz. Toyuna kimi heyatını axarına salmağa çalışan Şebnem bu müddetde nağıl kimi yaşadığı heyatından çıxıb yaşamın bir diger üzü ile de tanış olar. Bu sırada gözlemediyi bir insana qarşı da duyğuları yaranmağa başlayar. "Mal ve daha mal"ın yazarından olduqca uçuq bir hekaye. Buyrun zövq alın.