Список для чтения M-New-World
3 stories
CEYHUN MƏMMƏDOV-ASOSİAL by M-New-World
CEYHUN MƏMMƏDOV-ASOSİAL
M-New-World
  • Reads 683
  • Votes 68
  • Parts 27
Bəzən sadəcə özünlə baş-başa qalmağa çalış. Çünki daha dərindən özünü dərk etməyə başlayacaqsan. Sənə lazım olan güzgüdəki insandır. Güzgünün qarşısına keç və onunla danışmağa başla.
Ceyhun Məmmədov-Ağlayan Buludlar by M-New-World
Ceyhun Məmmədov-Ağlayan Buludlar
M-New-World
  • Reads 798
  • Votes 52
  • Parts 109
Ön Söz: Kitab iki şəhərə ayrılır. Hekayələr və şeirlər şəhəri. Hər iki şəhərə daxil olarkən, özünüzlə çətir götürməyin. Çünki üzərinizə yağacaq kəlimələri hiss etməyə çalışın. Şüurunuzun ən dərin qatlarına enəcək, cümlələr. Qorxmayın, bu sizin xeyirinizədir. Daha dərin düşünmək və özünüzü dərk etmək diləyi ilə. Beyindən axan fikirlər buludlardan tökülən yağış damlaları kimidir. Və bu damlalar torpaq üçün xeyirli olduğu qədər, insan beynindən çıxan fikirlər də elə insanın özü üçün xeyirli əlamət idi. Fikirləri güzgü kimi görmək, onları dərk etmək və onlardan yeni fikirlər yaratmaq mənəvi böyüməyimə və dünyamın dəyişməsinə bərabər oldu. Sevgi, həyata baxış, yaxşı, pis xüsusiyyətlər, Tanrı, Şeytan, məntiq və məntiqsizlik istiqamətləri hamısı bu kitab da yer alıb. Bu kitab sizə seçimlər verəcək. Təqdim etdiyim xüsusiyyətləri özünüz seçəcəksiniz. Qaranlıq bir otaqda tək oturaraq şam işığında oxuyacağınız bu kitab sizin mənəvi böyüməyinizə səbəb olacaq. Diqqətlə, təkrarən və təhlil edərək oxuyacağınız hər bir sətir sizin daxilən dərinliyə enməyinizə yardımçı rol oynayacaq. Bu fəlsəfi kəlimələrlə qidalandığınız təqdirdə dərinlikdən çıxaracağınız fikirlərə inanmağa çalışın. Sadəcə inanmaq istədiyinizə inanın. Qoyun "Ağlayan Buludlar" sizin daxilinizə öz damlalarını axıtsınlar. Hər bir damlanın faydasını hiss etməyə çalışın.
Ceyhun Məmmədov-Ağ-Qara by M-New-World
Ceyhun Məmmədov-Ağ-Qara
M-New-World
  • Reads 276
  • Votes 26
  • Parts 3
Ön söz Bu kitab üç dənə hekayədən ibarətdir. Hekayələri insanlara bir nümunə kimi göstərmişəm. Kitabın adı isə gördüyüvüz kimi "Ağ-Qara"dır. Ağ rəngi sevinc, qara rəngi isə kədər kimi nümayiş etdirirəm. Bizlər hər zaman sevinərkən, xoşbəxtliyi dadırıq. Məsələn: Əlində oyuncağı olan qıvrım saçlı bir uşağı sevindirərək, sevdiyimiz qadının saçlarını qoxlayaraq, anamızın əllərini öpərək, insanlara yaxşılıq edərək. Biz bu kimi və başqa vasitələrə əl ataraq özümüzü xoşbəxt edə bilirik. Xoşbəxtlik hər yerdədir. Sadəcə biz özümüz bəzən xoşbəxtliyi tapa bilmirik. Amma xoşbəxtlik hər zaman var. Bunu unutmayın. Həyatı çətin edən bizlərik. Həyat özü çətin deyil. Sadəcə insan varlığı həyatı çətinləşdirir. Sevinc kimi, kədərdə həyatımıza bir rəng qatır. Mən bunu qara rəng kimi sizlərə bildirirəm. Hər kəs ağ rəngə bürünmür. Qara rəngi də göstərənlər var. Baxın o həmin qara rəng kədərdir. Mənim fikrimcə həyatda hər ikisi normasında olmalıdır. Xoşbəxtlik ilə kədərin dadları ayrıdır. Hər ikisi eyni dadda deyil. Kədərdə xoşbəxtlik kimi hər yerdədir. İnsan hər ikisini özü tapıb çıxardır. Hər şey normasında olmalıdır. Əgər normallıq pozulsa, insan həyatının sonu heç yaxşı olmaya bilər. Üç dənə müxtəlif heakəyə sizə təqdim edirəm. Hər üçünü də sona qədər oxuyun və nəticə çıxardın. Xoş mütaliələr...