perividadiibrahim
"Sentyabrda başlayaram...", "İndi bir az dincəlim, sonra...", "Mən sadəcə doğru motivasiyanı gözləyirəm..."
Tanış gəldi? Bu cümlələr sadəcə bəhanə deyil. Bunlar insan beyninin bizi diskomfortdan və dəyişiklikdən qorumaq üçün uydurduğu peşəkar koqnitiv tələlərdir. Gün ərzində verdiyimiz qərarların təxminən 95%-ni avtopilotda - şüuraltı vərdişlərlə veririk. Yəni çox vaxt real seçimlərimizi etmirik, sadəcə köhnə proqramları təkrarlayırıq.
Bu kitab sizə "sən güclüsən, bacaracaqsan" tipli boş motivasiya cümlələri vəd etmir. Bu, psixologiya, neyrobiologiya və koqnitiv davranış terapiyasına əsaslanan real bir daxili audit bələdçisidir.
Özünə danışdığın bu 30 yalandan xilas olmağa, zehninin səninlə oynadığı oyunları ifşa etməyə və avtopilotu söndürüb həyatının sükanını əlinə almağa hazırsan? labirintdən çıxış tam buradadır.
"Zehninin sənə qurduğu tələləri sındır və öz reallığını yenidən yaz."