15 bab Bersambung DewasaHəyat ilə ölüm arasında sıxışıb qalan bir qadının hekayəsi...
Bəzən ölü hesab edilirsən. Əslində isə, içində fırtınalar qopur. Lakin, heç kim səni eşitmir.
Anadangəlmə katalepsiya xəstəlyi ilə doğulan Sarita ara-ara bədən olaraq donur, nəfəsi yoxa çıxır və səsi batırdı. Ancaq, o, ölü sayılmazdı. Sadəcə, heç kim onun yaşadığına inanmırdı. Uşaqlığından canlı olaraq tabuta qoyulduğu günə kimi həyata tutunmağa davam edən bu qız ən məsut olduğu gündə anidən nəfəs almağı dayandırdığı üçün ölüm şəhadətnaməsi verilir. Sarita artıq hər şeyin bitdiyi bir nöqtəyə gəldiyini anlayır. İçində çırpınan ruhu səssizliyə məhkum bir ömür keçirsə belə, əslində, o, hələ də yaşamağa davam edir. Baxmayaraq ki, insanlar onun sükutuna hər daim kar olmuşdular.
Bu hekayə bir qadının içində ölməyən diriliyin, sevginin, qorxunun və gerçəkliyin hekayəsidir. O, nə tam ölüdür, nə də tam diri. O, canlı bir tabutdur. Gənc qızın içində gizlənmiş bir sirr, sükutunun içində isə çırpınan bir bədən var olmaqdadır.
Bəs, sən onun son nəfəsini eşidə biləcəksənmi?