- " ...Gündüzlər məni unutdu .
Qanlı bir quyunun dibindəki gecəyə həbs oldum .
Qurtulmağa çalışdıqca barmaq uclarımdan axan qanda boğuldum . "
Aramıza bir müddətlik sükut çökdü . Kefim olmadığından , ya da ki şeirin məzmununda yatan açıq-aşkar bədbinlikdən əhvalım daha da pozulmuşdu .
- Qardaş , qəribə şeirlər yazırsan . - Əsəd dedi ,- məsələn , niyə qan barmaq uclarından axır ki ? Niyə burundan , qulaqdan axmır ? Məsələn , haradasa çox oturanda mənə elə gəlir ki , arxam qanayır . Düzdür , bunun mövzuya dəxli yox idi . Son dediyimi unudun .
Səlim gülümsədi :
- Şeirdə nə demək istədiyimi qətiyyən anlamamısan , Əsəd .
- Nə imiş ? De bilək , onda .
- Məncə , - Ruslan müdaxilə etdi ,- Bizim depressiya xəstəsi şairimiz demək istəyib ki , o çox bədbəxtdir . Hisslərini yazır , yazır ... O qədər yazır ki , barmaqları qanayır .
- Hamınız səhv edirsiniz . - nəhayət dilləndim ,- şeirdə yəqin ki , quyuya atılmış biri var . O isə hey çalışır . Barmaqlarını qanadana qədər quyunun divarlarından yapışıb yuxarı qalxmağa , quyudan çıxmağa çalışır amma bacarmır . Məncə Səlim burada bir adamın öz içinə həbs olunmasından bəhs edib .