33 parts Ongoing Ön Söz
Paranormal hadisələr-bizi hər zaman çəkib-çəkib uzaqlaşdıran, qorxudan və maraqdan bizi içində çəkib aparan bir sirrdir. Bir çoxumuz həyatda baş verən qəribə və izaholunmaz hadisələrlə qarşılaşmışıq: səs-küylər, köhnə binalarda hiss olunan qeyri-adi varlıqlar, gözlərimizə görünməyən amma hiss etdiyimiz kütlələr.
Bu kitab, təkcə bir qorxu hekayəsi deyil, həm də insanın ən dərin qorxularına, keçmişin kölgələrinə və bilinməyənə olan marağına bir nəzər salır. Mark, Nathan, Jeyms və Kate-dörd dost, paranormal hadisələrə olan maraqları onları qorxulu bir dünyaya aparır. Onların bu səyahəti, Markın nənəsinin tərk edilmiş evindəki sirri araşdırmaq məqsədilə başlayır. Lakin, çox keçmədən başa düşürlər ki, onlar yalnız bir evdə deyil, həm də zamanla bağlanmış, başqa dünyalardan gələn varlıqlarla qarşı-qarşıyadırlar.
Kitabımızda, gizli qorxular və bilinməyən ruhlar arasındakı sərhədi keçəcəyik. Bəzi anlar sizə qorxu və həyəcan yaşadacaq, amma unutmayın ki, qorxunun yalnız bir üzüdür. Həm də cəsarət, dostluq və bir-birinə olan inam ən güclü silahlarınız olacaq.
Hazırsınızsa, gəlin bu macəraya başlayın.