Bəlkə də heç kimə demədiyin imkansızlıqların vardır sənin də. Demədiyin, deyə bilmədiyin, ya da artıq deməkdən bezdiyin... Hər tək qaldığında və ya səmaya baxdığında xatırladığın... Bir vərəq götürüb "indi nəsə yazacam" dediyində qələmi vərəqə toxundurarkən ilk ağlına gətirdiyin. Səni yaşadan imkansızlığın. O imkansızlıq ki, əgər olmasa idi, səni sənə bağlayan heç nə olmazdı. Olmasa idi, özünlə tək qalmaqdan bu qədər zövq almazdın. İncidərdi səni yalnızlığın. Özünlə söhbət etməyi belə unudardın sən. Bəlkə də bir sətir belə yaza bilməzdi xəyalların. Hə, bir də əllərin. Səmaya əəən yaxın yerin... Heç vaxt bilməzdi yeni doğan günəşin istisinin başqa əlin istisindən daha pak olduğunu. İmkansızlığın qucağında xoşbəxtliyin varlığını...