EPIQRAF:
Səndən qeyri başqa
dünyada fikirlərim yolunu azır, poçtalyon məktubu doğru ünvana çatdırmır..
SƏN.............
EY ! SƏN, AYRILMA "MƏN"IMDƏN,
Çıxma qəlbimdən,damarlarımdan,iliklərimdən..
Hər dəfə uduzanda öz nəfsimə
daxilimdə "mən"liyimlə arama sədd çəkdiyini hiss edirəm:
Düyünlənir qəlbim,
heç nəyi görməz olur, ədalətin səsini ,
haqqın səsini eşitməz olur....
Səni görmək ,
sənə toxunmaq istəyirəm...
..başqa qəlblərdə.....
sənin necəliyindən hali olmaq istəyirəm,
sənin sevgini
başqalarında da dadmaq üçün
o qəlblərə varid olmaq is təyirəm..
bütün sədləri ,bütün maneələri aşıb
sənə qovuşmaq istəyirəm..
Isığına,
parıltına ,nuruna...
qərq olmaq istəyirəm,
Mən səndə bütünləşmək ,
səndə tam olmaq istəyir
əm,
Öz yarımı səndə tapmaq istəyirəm.......
Günəşim ol, mənim ..
Gündüzlər işığını üfüqə səpələyib , gecə ləri əsirgəyib
batıda
yox olma !
hər daim içimdə ol,
könlümdə ol ,
Isığınla aydınlat qəlbimi
əsən rüzgarın gətirdiyi soyuğu qizdir hərarətinlə
işığını ürəyimin ən dibdə,
ən uzaqlarda olan
qütblərinə sal..
Onlar da xəbərdar
olsun səndən...
onlara da daddır özünü,
sənsizliyin nə demək olduğunu !
nə istərsən verəyim :
torpaq istəsən torpaq ,
su istəsən su !.
AMMA EŞQI ƏSIRGƏMƏ !!!