Sən bir damla çirkli nütfədən yaradıla bilərsən,amma bu heçlikdə yox olmağın demək deyil...
Daima güclü olmaq və Ilahidən sizə öz gücündən bir parça verməyi üçün dua edin.
Ümid edirəm ki,özünü yoxluqda itirənlər mənlərini Allahda taparlar.
Hər gün daha çox başa düşürdüm ki,daxilimdəki təbiətdə susuz yaşaya bilmərəm ;boğazım quruyar ,qıcıqlanar,nitqim tutular...
Yox,belə olmamalıdı,hələ deyilməmiş çox sözüm var .
O kəslər ki,nə üçün yarandıqlarını ancaq acı çəkmək üçün yarandıqları ilə səhv salırlar.
Hiss edirəm ki,dili olub da dilsiz davrananlara ,cəsur olub da əfəl görsənənlərə,"kimsəsiz"olaraq yarandığını və hər gününü gözü yollarda həsrət çəkən,yorulmuş,ümidsiz çöhrəsindən çarəsizlik yağan balacalara ,ya da həqiqətən kiçik görsənənlərə sönməz lampa lazımdır.
Onların Azadlıq günəşinin işıqlarına çox ehtiyacları var.
Hər günümüzə "Salam"ı yorğun gözlər,yorğun ürək ,ümidsiz fikirlər ilə yox ,kök salmış Ilahi sevgiylə açın bu,sizə heç vaxt hiss etmədiyiniz şeylər verəcək.
Ağlınızda kraliça hesab etdiyiniz fikirlərinizi ,arzuları həyata keçirmək üçün ehtiyac olmayan yozdurma versiyalar quraraq onları küncdə saxlamayın .
Ilk addımı həmən atın.
Yenidən ayağa qalxıb əvvəlkindən yüz qat daha üstün güclə kükrədiyinizdə həqiqətən də bir neçə pillə yenidən daxili mənliyinizdə qalxdığınızın şahidi olacaqsınız ,bəli, SIZ ÖZ
HƏYAT HEKAYƏNIZI ÖZÜNÜZ YARADACAQSINIZ.
Bu ucuzluğa,saxtakarlığa satılan dünyada vəsiqə almaq bizim səlahiyyətlərimiz daxilindədir.
MƏNIM DÜNYAMDA ANCAQ GÜNƏŞƏ YER VAR ,QARANLIĞIN SIMVOLU OLAN AYA VƏ ULDUZLARA YOX !!!
Aldığın hər nəfəs sənin varoluşun,
Atdığın hər addım sənin imzan ,
Hər imzan sənin izindi...