Eşq Yarası..
Yazar: Nazlı Qafarlı..
Pralog..
Boynunda hiss etdiyi nəfəs.. Belinə toxunan əlin istisi.. Və gözlərinə dikilmiş yaşıl gözlərində gördüyü o qəribə ifadə..
-Qorxmursan məndən..
Eşitdiyi səs ilə dodaqlarını istehzalı təbəssüm sardı.. Başı dik gözlərində açıq nifrət ifadəsi vardı.
-Qorxmaq mı? Sizdən niyə qorxmalıyam?..
Səsi olduqca sərt və güclü çıxmışdı.. Qarşısındakı adamın dodaqlarında yaranan o təhlükəli təbəssüm bu qadının sonu olacaqdı..
-Sən.. Mənim necə bir adam olduĝumu bilmirsən..
Barmaqları onun yanaqlarına toxundu, zərif bəyaz dəri üzərində kobud barmaqlar.. Nəfəsini üzündə hiss edirdi.. Və bu onu həqiqətən qorxudurdu.. Amma qorxusunu göstərməyəcək qədər güclü idi bu qadın..
-Bilirəm.. Insanları satın aldıĝını düşünən zavallısınız..
Qəhqəhə səsi doldurdu qulaqlarını, bu səsdə hər şey vardı.. Qəzəb, istehza, özünü bəyənmişlik.. Yanaqlarında dolaşan barmaqlar onun çənəsinə getdi və sərt bir hərəkətlə başını qaldırdı..
-Amma mən səni satın aldım gözəlim..
Dodaqlarını əsir alan dodaqlar ona söyləyəcək söz buraxmamışdı.. Ilk öpüşü idi bu onun.. Ìllərcə qoruyub saxladıĝı məsumiyyəti kimə qismət olmuşdu...
Belini saran əl onu özünə daha çox sıxırdı.. Bir kişinin bədəninin sərtliyi.. Qəlbində yaranan həyəcan hissi yavaş yavaş ehtiras hissinə çevrilirdi.. Iyrənməli idi bu adamdan.. Öpüşü ilə titrəməli deyildi.. Gözlərini yumub özünü bu ana təslim etmişdi..
Bir razılaşma idi bu..
Araz bəy bu razılaşmaya əməl etmişdi.. Indi növbə onda idi.. Dodaqlarını sərbəst buraxan dodaqlar ona nəfəs almaq fürsəti verdi.. Qulaqlarına əyilən adam..
-Nəfəsini qoru, gözəlim.. Onu səndən alacam..
Deyə pıçıldadı