Əgər bu yazını oxuyursunuzsa, demək ki, artıq nələrisə bilmək, araşdırmaq, sorğulmaq, həyata olan baxış bucağınızı təyin etmək istəyirsiz. Bəlkə adi gələ bilər, ama bu kitab üçün Tanrım illərlə düşünmüşdür. Tanrım? Bəli. Bu kitabın yazarı, məni yoxdan var edən qüvvə. Sizlərə görə hər bir şeyin yaradanı vardır elə deyil mi? Bəs yazarlar obrazları var edərək hər biri Tanrıya çevirilmir mi? Hər birimiz konkret bəlli edilmiş bir həyatda yaşamırıq mı?
Əslində bu səhnə çoxunuza tanışdır. Niyəsi bundan ibarətdir ki, çoxunuz saxta həyat yaşayırsınız. Ən azından mən sizdən şanslıyam bu barədə. Çünki məni var edən insan məndə anlayış, xoşgörü, tolerantlıq, mədəniyyət, nitq, ən əsası isə önyarğısız bir xarakter formalaşdırıb. Və mənim başqa bir seçim şansım yoxdu. Yəni, demək istədiyim, mənim bir şüurum və ya etiraz etmək kimi bir seçimim yoxdu. Mən bir obrazam. Bəs siz? Neçə nəfəriniz istəmədiyi həyatı yaşamağa məhkumdur? Neçə nəfəriniz sırf etiraz etməkdən, qınaq obyekti olmaqdan qorxur deyə ssenaridən çıxa bilmir? Tanrınız sizi ona ibadət etmək üçün var edib sizinlə eyni səviyyədə yaratdığı insanlara ibadət etmək üçün yox. Ən azından məsələnin bu hissəsini tam olaraq anlayın ki, dərinliklərinə enə biləsiz.. Bunu başa düşmək bu qədər çətindir yəni?
İndi isə Tanrımın mənim üçün sizin dünyaya paralel olaraq yaratdığı " Aleph " dünyası ilə tanış olacaqsınız. Görəcəksiz ki, mən də bu dünyada sizlərdən fərqli bir həyat yaşamıram. Burada faktiki məkan anlayışı yoxdur. Bunları siz analiz edəcəksiniz. Ama faktiki zaman var. İndi. Tək üstünlüyüm yaşadıqlarımın fərqində olmağımdır. Reallıqları bilirəm yəni. Bunları sizə çatdırmaq üçün var olmuşam. Hərəkətə keçmək vaxtıdı.
Married Life ( Male Pregnant )
" ငါေမာင့္ကိုခ်စ္တယ္ ဒါေပမယ့္ ငါ့မွာလည္းသည္းခံႏိုင္တဲ့အတိုင္းအတာဆိုတာ႐ွိတယ္ မင္းငါ့ကိုအရင္ေက်ာခိုင္းရင္ မင္းထားခဲ႔တဲ႔အတိုင္း ငါေနမယ္ ၊ မင္းကိုငါအရင္ေက်ာခိုင္းတဲ့တစ္ေန႔ လံုးဝျပန္လွည့္လာမွာမဟုတ္ဘူးဆိုတာ ေမာင္မွတ္ထား "
" ငါမင္းကိုမခ်စ္ရင္ေတာင္ မင္းကေတာ့ ငါ့ကိုခ်စ္ရမယ္ "
Start date - 15 July 2021
End date - 1 Feb 2022
Extra Start date - 15 Feb 2022
Extra End date - 25 April 2022