Axırıncı dəfə nə vaxt bir qadını sevdin?
Amma elə öpdün, qucaqladın, yatdın falan deyil, ən son nə vaxt bir qadını həqiqətən sevdin?..
Itirməkdən qorxaraq, yanındaykən də belə darıxacaq, dəli kimi sevərək, qısqanaraq, qoruyaraq, inanaraq..
Kişi adam qorxmaz deyə bir şey yoxdu..Qorxmalısan..Sevdiyin qadını itirməkdən qorxmalısan..
Küçədə əlindən tutacaqsan, tanıdığın hər kəslə onu tanış edəcəksən..Mənim həyatım bu qadındır deyə..
Gözəl bir qadın istəyirsənsə onu gülümsədəcəksən, çünki dünyanın ən gözəl qadını xoşbəxt bir qadındır..
Buna görə kirpiklərini sev bir qadının, mənalı, dərin baxan gözlərini, makyajsız üzünü, yuxulu halını, əsəbi halını sev..
Saçlarını kəsən bir qadının çəkdiyi acılar qədər sev bir qadını..
Və...heç vaxt, bir qadının saçlarını kəsməsinə səbəb olma..