Digərlərinə pis davranan, başqalarının hislərini nəzərə almayan, özünü vicdanı yoxmuş kimi aparan bir çox adam haqq sözə qulaqlarını bağlayıb. Əllərilə o qədər sıxıblar ki, qulaqlarını, bir az sonra kar olurlar, daha eşitmirlər.
Əvvəl qulaq asmırdılar, indisə, eşitmirlər. Ancaq daim irəliləyirlər. Zülmlərinin şiddəti daim artır. Daim ayaqları tərpənir. Bir ümidlə ki, bəlkə qulaqları yenə günaha batmamış, hələ də saf olduğu vaxtlarda olduğu kimi eşidə biləcək...
Ancaq eşitmir. Eşitməyi unudub o qulaqlar. Ta, o vaxta kimi ki, kimsə, bu qulaqlara xatırladır. Eşidə biləcəyini yadına salır.
Yeriməyəndə də, addım atmayanda da, ayaqlarının səsi gəlməyən də qulaqlarının çalışacağına, yenə əvvəlkitək saf ola biləcəyinə inanan bir adam lazım olur, sadəcə. O adam da olur, ya da olmur. Bəzən də qaçır karı tuta bilmir. Onda qulağı eşitməyən gərək sakitləşsin. Ayaq saxlasın, çünki kimsə, ayağının səsini eşidib. Kimsə, çağırışlarına hay verib. Ancaq bu nə vaxt baş verib, bunu bilmək ona çox çətindir, çünki öz ayaq səslərini özü eşitmir ki, başqa kiminsə, eşidəcəyinə də inana...