11 parts Complete Hər şey bir iplik kimi bağlanmışdı bir-birinə. Sanki kiçik bir səhvlə söküləcəkdi bütün iplər ...
Birdən-birə baş verdi hər şey , söküldü ipliyin bütün ipləri . Yanlız biri qalmışdı barmaqlarımın arasında , o ip də dilək ipi idi. Ən balaca və gücsüz barmağa bağlanmış bir ip dilək ipi...
Onu həyata bağlamaq üçün pul lazım idi , bizim isə imkanımız yox idi . Bax , birinci ip sındı - zənginlik ipi . Yerdə qalan dörd ip , hərəsi ayrı bir ümid idi . Və onlarda qırıldı bir-bir... Xoşbəxtlik ipi , sevgi ipi və ən əsası isə güvən ipi idi ki , o da sındı anidən... Bizə yardım edəcəyini düşündüyüm hər kəsin bizdən uzaqlaşması ilə sındı o güvən ipi...
Mən isə hər dəfəsində daha da betər olurdum , çox ağır gəlirdi artıq mənə heç nə edə bilməyib sadəcə izləmək... Bu qədər mi çarəsiz olardı insan ?! Yox, yox , mən unutdum axı . Hələ bir ipim daha vardı . Adı nə idi ?! Dilək ipi ... Sadəcə bir dilək haqqım var idi. Bu ipi sınmağa qoymamalıydım , çünki edə biləcəyim tək şey bu idi ... Lənət olsun ki , əlimdən başqa heç nə gəlmirdi ....