Əziz Oxucular, danışır bəndəniz @TheHinzelmann. Mənlə nəyisə bölüşməyi sevməyən bacımın "Kapitan Qrantın uşaqları"nı hündür şifoner üstündə gizlətməyə çalışdığını anladığım gündən bəri ədəbiyyatla nəfəs alıram. Oxuyuram, yaşayıram və bir sonrakına keçirəm. Burda sizlərin də oxumasını istədiyim pis və yaxşı kitabları paylaşacam. Mahnıda deyildiyi kimi, hərəsi xatirədir. İzn verin, sizinçün də xoş xatirələrin xəbərçisi olum. 🖖All Rights Reserved