"Bu o deməkdir ki, mən yoxam?" Özümü ölü hiss etmirdim. Ölü də göründüyümü düşünmürdüm. Şəffaf şüşənin ardındakı reklam lövhəsinin önünə gələnə qədər. Hər şey əks olunurdu bu şəffaf şüşədə, bir tək məndən başqa... Əlbəttə normal olaraq zehnimi minlərcə sual ələ keçirməyə başladı. Bu necə baş vermişdi? Mən niyə ölmüşəm? Nə vaxt? Necə? Harda? Amma bir sualın qarşısında bütün bunlar əhəmiyyətsiz qalırdı. Mən kiməm? Özümü tam olaraq xatırlaya bilmirdim. Görünüşüm və xasiyyətimlə bağlı qırıq-qırıq xatirələr canlansa da gözümün önündə bunlar bir araya gəldikdə bir məna kəsb etmirdi.
6 parts