Onu fikir götürmüşdü. Dostunun döyüşkən olduğunu, döyüşü hər şeydən çox sevdiyini bilirdi, lakin ilk dəfə idi ki, onun qeyri-insani fikirləri ilə tanış olmuşdu və bu, bir dost kimi onun içini sızladırdı. Prudensin dini dərslərini xatırladı. Müdrik qoca ta ulu babalarının inanclarını təbliğ edərək qəbilənin gənclərinə aşılayırdı. Onun dərslərinə əsasən Pasifike bilirdi ki, hər bir insan öldükdən sonra onun ruhu ərafda gözləyir, nəslindən yeni körpə doğulan kimi həmin ruh onun bədəninə daxil olurdu və beləcə ruh heç vaxt ölmür, öz yaşamını əbədi olaraq davam etdirirdi. Buna görə də müdrik qoca gənclərə öyrədirdi ki, öz ruhlarını pak, günahsız saxlasınlar, pis əməllərdən uzaq olsunlar ki, onların nəslindən doğulan insanlar da pisliklərə bais olmasınlar. Əgər bir uşaq şeytani, mənfi qüvvəylə doğulurdusa, əlbətdə ki, bu, onun keçmiş nəslindən qaynaqlanırdı, lakin bu o demək deyildi ki, uşaq əbədi pisliyə düçar olmuşdur, əksinə, həmin uşaq həyatı boyu çalışmalıydı ki, öz ruhunu paklaşdırsın, özünü yaxşılıqlara öyrəşdirsin ki, onun ruhu gələcək nəsilə pak olaraq ötürülsün.
Eski Veliaht Guan'ın kızı olan Lidena, babasını öldürmüş olan amcası Zeord tarafından sürgünden çağırılır. Ancak İmparator Zeord'un oğlu veliaht Gablin savaşta ölmüştür. Tahta geçebilecek herhangi bir veliaht yoktur. Zeord, Lidena'yı da savaşa göndermek ister. Tahta geçmemesi için tıpkı oğlu gibi savaşta ölmesini planlar ancak bilmediği bir şey vardır.
Kardeşi Guan'ın kızı Veliaht Lidena düşündüğü gibi bir Prenses değildir...
Dikkat bu hikaye fazlasıyla intikam, kavga, şiddet içermektedir.