Gənc Ədəbiyyatı/Slice of Life Həyatının ikinci ən vacib çağında qarşısına çıxan maneələri bir-bir aşan Ulduz, artıq divarın qurtaracağına gəlib çatmışdı. Məktəbli dövründə ailəsinin ona tətbiq etdiyi qadağalar, müəllim və şagird heyəti ilə arasında getdikcə yaranan dərin uçurumlar onun təzə cücərmiş həyatını dözülməz hala gətirib çıxarır. Ancaq bu dəfə o tək deyil. Məktəbdə qazandığı dostları tezliklə onu vəziyyətdən çıxarmaq və öz gələcəyi uğruna bünövrələr ata bilmək üçün əllərindən gələn köməkliyi göstərirlər. Əvvəlcə başına gələnlərdən xəbərsiz olan Ulduz, sonralar hadisələrin tamam fərqli tərəfə axışını hiss edir və yalnız dostları hesab etdiyi insanlarla daha da yaxınlaşmağa başlayır. Amma hekayə bununla bitməyəcəkdir.All Rights Reserved