Qaranlıqdasansa, bir şam yandır.
11 parts Ongoing *
-Qaranlıqdasansa, bir şam yandır.
-Mənə kibrit verməyiblər. Heç, o şamı yandırmağımı da istəmirlər.
*
Bilmirdim. Verəcəyim qərarın nə dərəcədə düzgün olduğunu, məni xilas edib-etməyəcəyini bilmirdim. Özümü bütün hər kəsə, hətta bütün dünyaya müharibə elan etmiş, yenə də müharibə başlamamış uduzmuştək yorğun hiss edirdim. Özümü müdafiə etməyə imkan belə verilmədən, əlimə tutuşdurulmuş bu bir parça kağız da, onsuz da uduzduğum bu müharibənin sülh sazişi idi. İki şanşım var idi, gülüncdür ki, mənim gələcəyim üçün mənə sadəcə iki seçim haqqı tanınmışdı. Ya bu "müqaviləni" qabağımdan bir kənara tullayıb, atamın mənim üçün seçdiyi, yerdə qalan həyatımın ssenarisini oynayacaqdım, ya da onu imzalayaraq mənə "Kibrit verəcəyini" vəd edən bu oğlanın mənim üçün planladıqlarına baş əyəcəkdim.
Və mən o an heç düşünmədən onun gözlərindəki "hər şey yaxşı olacaq" ifadəsinə inanmağı seçmişdim.
"Qaranlıqdasansa, bir şam yandır." demişdi mənə. Amma bilmirdi ki, heç kim mənim o şamı yandırmağı istəmirdi.
***
21.06.2022-Başlama
**.**.****- Bitirmə.
Kitabın qapağı @LilithZaraVenus tərəfindən hazırlanıb. :')
Not: Şiddət və arqo içərdiyi üçün 16 yaşdan aşağı şəxslərin oxumağı məsləhət görülmür.