İnsanların xarakterləri necə formalaşır deyə bir dəfə də olsa düşünmüsünüz ? Düşüncələr , qərarlar və olaylara verilən reaksiyalar insandan insana dəyişir . Bu xarakterlə bağlıdır . Barmaq izində olduğu kimi hər bir insanın xarakteri fərqlidir . Bəzi insanlarda ortaq xüsusiyyətlər olsa da , bu onların eyni xarakterə malik olduğu demək deyil . Çünki , onlar hər hadisəyə eyni reaksiyanı verə bilməzlər . Mütləq fərqli düşündükləri nöqtələr olacaq . Bəs xarakterlər niyə hər kəsdə fərqlidir ? Xarakter insan doğulandan formalaşmağa başlayır . Yaşanan hər şey : olaylar , hadisələr , hisslər xarakterə təsir edir və onda iz qoyur . Hər kəs doğulub boya-başa çatana qədər fərqli situasiyalardan keçir və fərqli xarakterlər qazanır .Todos los derechos reservados