O nə qədər də balaca olsa da uşaqlıqdan öz valideynlərini itirməsi ona ağır zərbə vurmuşdu. Balaca yaşında öz gözləri qarşısında ana və bacısının evdə yanması, bir muddət sonra isə atasının meyidinin küçəyə atılması Kazıma heç də yaxşı təsir etməmişdi. Daim qisas hissi onu boğurdu. Bəs nə vaxta qədər? Neçə yaşına kimi dözə bilərdi?