Kitabların canlı olduğuna inanmırsınız...Vərəqlər arasında bir dünyanın var olmasına inanmırsınız...İnsanların bu dünyaya səyahət edə bilməsinə inanmırsınız...Oxucuların kitab qəhrəmanlarına aşiq ola bildiyi kimi, kitab qəhrəmanlarının da oxuculara aşiq ola biləcəyinə inanmırsınız... Amma bunların hamısı gerçəkdir. Qeyd: Bu hekayə 3 il əvvəl yazılmışdır , odur ki, bir sıra yazı xətaları ilə doludur. Qayıdıb bir-bir düzəldə bilmədiyim üçün üzrlü sayın.