Erix Mariya Remark (alm. Erich Maria Remarque, Erich Paul Remark) - XX əsr görkəmli alman yazıçısı, alman ədəbiyyatının klassiki. Erix Mariya Remark əsasən 1929-cu ildə yazdığı "Qərb cəbhəsində yenilik yoxdur" və 1937-ci ildə yazdığı "Üç yoldaş" romanları ilə məhşurlaşmışdır.
Tanınmış alman yazıçısı Erix Maria Remarkın "Zəfər tağı" romanı antifaşist mövzuda yazılmış ən yaxşı əsərlərindəndir. Müəllif cərrah Ravikin şəxsində faşizmin vətəndən didərgin saldığı qaçqınların acınacaqlı həyat tərzini, faciəli taleyini ustalıqla təsvir edir. Dünyagörüşündə və həyata baxışındakı ziddiyyət və bədbinliyə baxmayaraq, Ravik inamını itirmir, təkbaşına da olsa, faşizmlə mübarizə aparır.
Yazıçı öz qəhrəmanlarının mürəkkəb daxili aləmini məharətlə aça bilmişdir. Əsər ölkələrə, xalqlara fəlakət gətirən faşizmə qarşı dərin nifrət hissi oyadır.