“YEDDİNCİ AYIN YEDDİSİ” Oxuduqca intizarda qalacağınız bu kitabda gerçək sevgini də yaşayacaq, mübarizliyə də şahid olacaq, eyni zamanda müxtəlif mövzularda dəyərli düşüncələrlə də tanış olacaqsınız. Əsərdə Aytəkin başda olmaqla, Nihat, Fərid, Aysel və s kimi xarakterlər də yer almaqdadır. “YEDDİNCİ AYIN YEDDİSİ” müəllifin ilk romanıdır... Nifrət etdiyin hər zaman biri olacaq, amma birinə görə hər kəsə nifrət edə bilməzsən Bütün insanlar yalançı olmasa da, bütün yalanlar insana məxsusdur Şahidi Tanrı olanın, tanrısı Sevgi olsa gərək Sevirəm! Görəsən gunahmı edirəm? Ya günah etdiyimi bilə-bilə görəsən niyə sevirəm? Sevgi zamana bənzəyir: Gəldisə saxlaya, getdisə qaytara bilməzsən “Azərkitab” Yayınlarında nəşr olunub. Müəllifin ilk romanıdır. Redaktoru Əkbər Qoşalı olan roman gənclərə ünvanlanıb. 192 səhifə