Bakıda, çoxmərtəbəli binaların birində yaşayan orta yaşlı kişi həyat yoldaşının işə getmək üçün evdən çıxdığı səhər saatlarında,öz mənzilində qəddarcasına qətlə yetirilir. Bəli,bu qətlə yalnız belə ad vermək olardı, çünki mərhumun üz və kəllə hissəsi küt bir alətlə parçalanıb tanınmaz hala salınmışdı. Nafiz adlı bu adam kimi bu qədər qəzəbləndirmişdi?Ondan borc pul istəyən və heç nə ala bilməyən qaynını?Hər gün söyüb yamanladığı arvadını?Kimi? Cinayəti araşdırmaq təcrübəli müstəntiq Nüstərova tapşırılır.Eyni zamanda, mərhumun qonşuları müstəqil cinayət -axtarış eksperti Qanbay Qasımlını da bu işə cəlb edirlər.Əslində,bu romanın süjeti iki bacarıqlı hüquqşunasın-müstəntiq Nüsrətovla polkovnik Qasımlının qeyri-rəsmi yarışması üzərində qurulub.Qasımlı bu yarışda nədənsə məğlub olur... Ya da məğlub olmağı seçir... Müstəntiq işi yekunlaşdıran kimi Qasımlıya zəng vurub öz qələbəsi ilə qürrələnir.Lakin məşhur xəfiyyə bundan heç də pərt olmur,çünki onun üçün ilahi ədaləti bərqərar etmək şan-şöhrətdən daha üstündür...