Bəzən həyatın bizi hara aparacağını ,başımıza nələr gələcəyini heç təsəvvür də edə bilmirik.Həyat bizi heç görmədiyimiz günlər,yaşamadığımız hadisələr və tanımadığımız insanlarla qarşılaşdırır.Bu vəziyyətdən necə çıxacağımızı bilmirik.Bəzən də çox çarəsiz oluruq.Zamanla buna ya alışmalısan,ya da ki bütün zəncirlərini qırıb özünü başdan yaratmalısan.Ya həmin insan olaraq qalacaqsan,ya da heç olmadığın birinə çevriləcəksən ...